Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Könüllülər ili” çərçivəsində Ədliyyə Nazirliyində gənclərlə görüş keçirilib

Bakı, 31 yanvar, AZƏRTAC

Müasir Azərbaycan gəncliyinin hərtərəfli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər tərəfindən təməli qoyulmuş dövlət gənclər siyasəti, bu sahədə aparılan məqsədyönlü işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilir. Ölkəmizdə sağlam düşüncəli, mənəvi cəhətdən saf və dövlətçilik ideyalarına sadiq, vətənpərvər yeni nəsil formalaşır, gənclərin cəmiyyətdə fəallığı, idarəetmədə rolu artır, onlara rəhbər vəzifələr etibar olunur, seçkili orqanlarda iştirak üçün geniş imkanlar yaradılır.

Son illər gənclərimizin həyat tərzinə çevrilmiş, insanları vahid niyyət ətrafında birləşdirən, cəmiyyət və dövlətin birgə fəaliyyətinin uğurlu formatı olan könüllülər hərəkatı geniş vüsət alıb, ölkə başçısının təşəbbüsü ilə “Könüllü fəaliyyət haqqında” Qanun qəbul olunub, on minlərlə gənc müxtəlif təşkilatlarda könüllü fəaliyyətə cəlb edilib. Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Könüllülər ili” və 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Ədliyyə Nazirliyində 100-dən çox gənc əməkdaş, könüllü və istehsalat təcrübəsinə başlayacaq Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin tələbələri ilə görüş keçirilib.

Əvvəlcə gənclər Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsinə ehtiramlarını bildiriblər. Həmçinin ədliyyə sahəsində dövlət gənclər siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə Ədliyyə, Gənclər və İdman nazirlərinin müavinləri, BDU-nun hüquq fakültəsinin və bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Çıxış edən Ədliyyə nazirinin müavini Toğrul Musayev gəncləri Ədliyyə naziri Fikrət Məmmədovun adından qarşıdan gələn bayram münasibətilə təbrik edib, Ümummilli Liderin gənclərə qayğısından danışıb. Nazir müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncliyinin inkişafı üzrə görülən işləri, bu yaxınlarda Davos İqtisadi Forumunda ölkə gəncləri və könüllü fəaliyyətlə bağlı səsləndirdiyi çox önəmli və dəyərli fikirləri diqqətə çatdırıb, bu ilin “Könüllülər ili” elan edilməsini gənclərə göstərilən yüksək etimadın növbəti təzahürü olduğunu vurğulayıb. İstedadlı gənclərin dəstəklənməsində, onların innovativ potensiallarının və bacarıqlarının üzə çıxarılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti xüsusilə qeyd olunub.

Ədliyyə orqanlarında dövlət siyasətinə uyğun aparılan işlərdən danışılaraq ötən dövrdə şəffaf müsabiqələr əsasında əksəriyyəti gənclər olan 3 minə yaxın şəxsin qulluğa qəbul olunduğu, əməkdaşların təxminən yarısını gənclər təşkil etdiyi bildirilib, 200-dən çox yüksək hazırlıqlı ədliyyə işçilərinin ali dövlət və seçkili orqanlarda məsul və rəhbər vəzifələrdə təmsil olunduğu vurğulanıb.

Bununla yanaşı, son beş ildə 1700-dən çox tələbənin ədliyyə sahəsində istehsalat təcrübəsinə cəlb olunduğu, BDU-nun hüquq fakültəsinin, habelə SABAH qruplarının daha 420 tələbəsinin növbəti aylarda təcrübə keçəcəkləri bildirilib.

Eyni zamanda, ədliyyə sahəsində könüllülük institutunun təşviqi, bu sahədə əlavə tədbirlərə dair nazirliyin kollegiyası tərəfindən qərar qəbul edildiyi, ali təhsil müəssisələri və tələbə-gənclər təşkilatları, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə səmərəli əlaqələr qurulduğu qeyd olunaraq, dövlətimizin başçısının ötən ilin fevralında gənclərlə keçirdiyi respublika toplantısında verdiyi tapşırıqlara və çağırışlara uyğun olaraq gənclərin ədliyyə sahəsində könüllü fəaliyyətə daha geniş cəlb edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu məqsədlə tədbirlər planı təsdiq edilib, ədliyyə orqanları və könüllülər arasında münasibətləri tənzimləyən nümunəvi müqavilə, müraciət formaları hazırlanıb, həmçinin könüllülərə elektron qaydada birbaşa nazirliyə müraciət etmək imkanı yaradılıb.

Ötən bir ildə 1400-ə yaxın könüllü ədliyyə orqanlarında, o cümlədən “ASAN School” proqramı çərçivəsində 45 nəfər müvafiq məhkəmələrdə könüllü fəaliyyətə cəlb olunub. Onlarla aparılan səmərəli işin nəticəsində 90-dək gənc könüllü müxtəlif vəzifələrə işə götürülüb. Hazırda isə 450-yə yaxın könüllü nazirliyin müxtəlif qurumlarında, o cümlədən aparatında fəaliyyət göstərir.

Dövlətimizin başçısının 2020-ci ilin “Könüllülər ili” elan olunması çərçivəsində ədliyyə sahəsində könüllü fəaliyyətlə bağlı əlavə tədbirlər görülür, o cümlədən bir qrup gəncin təşəbbüsü ilə “Ədliyyə Könüllüləri” İctimai Birliyi təsis edilib.

Görüşdə birliyin təqdimatı keçirilib. Nazir müavini qurumun dövlət qeydiyyatına alınmasına dair şəhadətnaməni İctimai Birliyin sədrinə təqdim edib.

Təşkilatın sədri, əvvəllər könüllü kimi fəaliyyət göstərmiş Ədliyyə Akademiyasının əməkdaşı Fatimə Zərbiyeva belə bir addımın nazirliyin rəhbərliyi tərəfindən dəstəklənməsini məmnunluqla qeyd edib, qurumun məqsəd və vəzifələri barədə məlumat verib. O, birliyin sıralarında dövlətçiliyə sadiq, sağlam düşüncəli gəncləri birləşdirərək ədliyyə orqanlarının dayanıqlı inkişafına dəyərli töhfələrini verəcəklərini vurğulayıb.

Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev Azərbaycanda gənclər siyasətinin dövlətimizin əsas prioritetlərindən olduğunu, ölkədə geniş vüsət alan könüllülük hərəkatının aparıcı qüvvəsini gənclərin təşkil etdiyini və onların potensiallarının, dünyagörüşlərinin artırılmasında, məşğulluğunun təmin olunmasında, dövlətin müxtəlif sahələrində aktiv iştirakında mühüm əhəmiyyətini qeyd edib.

BDU-nun hüquq fakültəsinin dekanı Əmir Əliyev, Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Sahib Məmmədov və “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova yeni, savadlı, müasir dünyagörüşlü gənclərin bu gün cəmiyyət həyatının bütün sahələrində geniş təmsil olunduqlarını, könüllülər hərəkatına fəal qoşulduqlarını vurğulayıb, gənclərlə iş sahəsində Ədliyyə Nazirliyinin çoxşaxəli fəaliyyətini, o cümlədən onlara xüsusi qayğı ilə yanaşıldığını, qulluğa qəbul zamanı şəffaflığa, ictimai iştirakçılığa böyük önəm verildiyini qeyd edib, könüllülərə tövsiyələrini veriblər.

Həmçinin ədliyyə könüllülərinin təşəbbüsləri, innovativ ideyaları və təklifləri dinlənilib. Gənclər dövlətimizin başçısının rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafı naminə sədaqətlə və əzmkarlıqla çalışacaqlarını, görülən işlərdə fəal mövqe tutacaqlarını vurğulayıblar.

Görüşə yekun vuran nazir müavini T.Musayev gənclərə yüksək nəzəri biliyə və peşə hazırlığına malik olmaları, milli və vətənpərvərlik ruhunda tərbiyə almaları, xalqa və dövlətə bağlılığı, müstəqilliyimizin möhkəmləndirilməsi, ədliyyə idarəçiliyində şəffaflığın, ictimai iştirakçılığın və vətəndaş məmnunluğunun təmin olunmasında yaxından iştirak etmələri barədə tövsiyələrini çatdırıb, böyük potensiala malik olan könüllülüyün 2020-ci ildə daha geniş təşviqi və könüllülərin imkanlarından səmərəli istifadə olunması ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.

Tədbir iştirakçılarına Azərbaycan gəncliyinin inkişafı ilə bağlı hazırlanmış əsas sənədlər toplusu və digər metodiki vəsaitlər təqdim olunub, xatirə şəkli çəkdirilib.

2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Ədliyyə tarixi muzeyində nazirlik tərəfindən dövlət gənclər siyasətinə uyğun həyata keçirilən tədbirləri əks etdirən yeni guşə yaradılıb. Gənc könüllülərin muzeylə tanışlığı olub, kinozalda filmlər, eləcə də fotoslaydlar nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb