“Könüllülər Kuboku”nun Ağcabədi üzrə mərhələsi keçirilib
Bakı, 16 iyul, AZƏRTAC
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə futbol üzrə “Könüllülər Kuboku”nun Ağcabədi üzrə mərhələsi keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, yarışda 15-17 yaş arası gənclər iştirak ediblər.
Respublika Könüllülər Kubokunun zona mərhələsinə vəsiqə qazanmaq uğrunda gərgin idman mübarizəsi ilə yadda qalan yarışın yekun nəticələrinə əsasən, “Polad” komandası birinci olub. “Vətən” komandası yarışı ikinci, “Xarıbülbül” isə üçüncü pillədə başa vurublar.