“Koroğlu” NMM-də növbəti dəfə dezinfeksiya işləri aparılıb
Bakı, 1 fevral, AZƏRTAC
Kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində növbəti dəfə dezinfeksiya işləri görülüb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.