Kreditlərin 97,2 faizi banklar tərəfindən verilib
Bakı, 18 noyabr, AZƏRTAC
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2022-ci il oktyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz artaraq, milli valyuta ekvivalentində 19 milyard 701,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 15 milyard 683,9 milyon manatı və ya 79,6 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,2 faizi banklar, 2,8 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 25,4 faiz azalaraq 649,6 milyon manat olub və ümumi kredit portfelinin 3,3 faizini təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]