Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kubanıçbek Ömüraliyev: TDT Türk dünyasını sülhsevər, innovativ və kollektiv şəkildə uğurlu gələcəyə aparır

İstanbul, 12 noyabr, Günel Karatepe, AZƏRTAC

Bişkekdə “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hər kəs üçün təhlükəsizlik” mövzusunda keçirilən XI Zirvə görüşü Türk Dövlətləri Təşkilatı (TDT) üçün birlik və əməkdaşlığın mərkəzinə çevrildi. Zirvə toplantısında TDT liderləri, Ağsaqqallar Şurasının üzvləri və digər türk əməkdaşlıq təşkilatlarının rəhbərləri inteqrasiya olunmuş və güclü türk regionu üçün ortaq baxış irəli sürmək məqsədilə bir araya gəldilər. Türk dünyası dayanıqlı bir türk gələcəyinə doğru irəliləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri təşkilatın Baş katibi Kubanıçbek Ömüraliyev noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XI Zirvə görüşünün yekunları ilə bağlı açıqlamasında bildirib.

Sammitdə qəbul olunan qərarları dəyərləndirən Baş katib deyib: “Dövlət başçıları Zirvə görüşünün mövzusunu əks etdirəcək şəkildə iqtisadiyyat, ətraf mühit, rəqəmsallaşma və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək üçün öhdəlik götürdülər”.

K.Ömüraliyev Zirvə görüşündə müzakirə olunan əsas mövzuları şərh edərək bildirib ki, Sammitə hazırlıq çərçivəsində TDT Xarici İşlər Nazirləri Şurası strateji müzakirələr və qərarlar üçün zəmin yaradan əsas sənədləri yekunlaşdırmaq və qəbul etmək üçün toplaşıb. Bu hazırlıqlar TDT-nin hər bir qərarının Naxçıvan Sazişinin, “Türk dünyası-2040” Baxışının və TDT 2022-2026 Strategiyasının daha geniş məqsədlərinə uyğun olmasını təmin etməklə, yaxşı əlaqələndirilmiş gündəliyi saxlamaq sadiqliyini nümayiş etdirdi.

Mühüm qərarlar və strateji müqavilələr

“Zirvə görüşündə dövlət başçıları iqtisadiyyat, ətraf mühit, rəqəmsallaşma və təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha vurğuladılar”, - deyən Baş katib Sammitdə müzakirə olunan əsas mövzulara toxunub: “Türk Yaşıl Baxışı: Davamlı Gələcək üçün Birlik” ekoloji cəhətdən təmiz gələcəyin təşviqi və Türk dünyasının yaşıllıqla bağlı gündəmini yaratmaq üçün ortaq məqsəd və strategiyalarımızı təsvir etməyi hədəfləyən strateji çərçivə sənədidir. Digər mühüm sənəd “Bişkekin 2025-ci il Türk Dünyasının Rəqəmsal Paytaxtı elan edilməsi”dir. Bişkek rəqəmsallaşma sahəsində beynəlxalq görüşlər və fəaliyyətlərə ev sahibliyi etməklə rəqəmsal mərkəz rolunu oynayacaq və Türk dünyasının bu sahədə transformasiya əzmini gücləndirəcək. “Türk Dünyası Xartiyasının qəbulu” isə türk dövlətlərinin ortaq dəyər və istəklərini, o cümlədən qardaşlıq əlaqələrinin üstünlüyünü, həmrəylik ruhunun davamlılığını, ortaq türk məkanını və digər fundamental prinsipləri ehtiva edən çərçivəni rəsmiləşdirən sənəddir. “TDT bayrağı və Daimi Nümayəndələr Əsasnaməsinin təsdiqi” məsələsi də olduqca vacib məqamlardandır. TDT bayrağının qəbulu regional əməkdaşlıqda yeni dövrü simvolizə etsə də, daimi nümayəndəliklərin yaradılması təşkilatın çoxtərəfli təşəbbüslərində daha güclü diplomatik dəstəyin və inkişafın təmin edilməsi məqsədi daşıyır. Sammitdə imzalanan strateji sazişlər regionun iqtisadi və texnoloji vəziyyətini dəyişməyi vəd edir. Əsas məqamlar rəqəmsal ticarəti və elektron qarşılıqlı əlaqəni təmin etmək üçün irəli sürülən anlaşmalardır”.

Bişkek Bəyannaməsi haqqında danışan K.Ömüraliyev deyib: “Bu Bəyannamə ticarət yollarını asanlaşdırmaq, Mərkəzi Dəhliz və Trans-Xəzər Gömrük Tranzit Portalı kimi layihələr vasitəsilə regional əməkdaşlığı inkişaf etdirmək üçün rəqəmsal və fiziki əlaqəni gücləndirməyə xidmət edir. Rəqəmsal dayanıqlılığın gücləndirilməsi üçün əsas komponent hesab edilən “Rəqəmsal İpək Yolu” layihəsinin iqtisadi cəhətdən rəqabətqabiliyyətliliyi və inteqrasiyanı artıracağı gözlənilir. Bəyannamə, həmçinin üzv dövlətlər arasında əmək, səhiyyə, sosial müdafiə, kənd təsərrüfatı və ətraf mühit sahələrində əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır, eyni zamanda, inklüziv məşğulluq, rəqəmsal sağlamlıq sistemləri, su idarəçiliyi və bərpaolunan enerji sahəsində davamlı təcrübələri hədəfləyir”.

Bildirilib ki, Bəyannamədə də qlobal məsələlərə göstərilən ortaq münasibət beynəlxalq səhnədə TDT-nin birliyini bir daha nümayiş etdirir: “Bəyannamə BMT və Avropa İttifaqı kimi qlobal təşkilatlarla daha sıx əməkdaşlığı təşviq edir və 2025-ci ildə Macarıstanda TDT-nin qeyri-rəsmi Sammitinin keçirilməsini nəzərdə tutur. Bəyannamə Macarıstanın bu yaxınlarda Türkiyə İnvestisiya Fonduna üzv olmasını da dəstəkləyir ki, bu da türk dövlətləri arasında maliyyə harmoniyasını daha da gücləndirən addımdır”.

Digər məsələlərə toxunan Baş katib bildirib ki, bölgədəki Qızıl Aypara və Qızıl Xaç cəmiyyətlərinin əməkdaşlığından ibarət Türk Qırmızı Şəbəkəsinin fəaliyyətə başlaması sərhədyanı humanitar yardım səylərində dönüş nöqtəsidir. Ərzaq təhlükəsizliyi, su idarəçiliyi və yaşıl enerjinin yaxşılaşdırılması təşəbbüsləri, həmçinin Türk Kənd Təsərrüfatı Sığorta Sisteminin yaradılması və birgə turizm layihələri ölkələrin təşkilatın davamlı inkişafına sadiqliyini göstərir.

Qazaxıstanın təşkilata uğurlu sədrliyi və TDT-yə sədrliyin Qırğızıstana keçməsi

“Zirvə toplantısında “Türk inqilabı” şüarı ilə reallaşan Qazaxıstanın çox uğurlu sədrliyini təbrik edib, bunun regional həmrəyliyin gücləndirilməsinə və TDT daxilində əməkdaşlıq çərçivələrinin genişlənməsinə töhfə verdiyi vurğulandı. Bu müddətdə Dünya Köçəri Oyunları kimi 80-dən çox mötəbər tədbir təşkil olunub və ölkələrimiz arasında sosial siyasət, daxili işlər, təhsil, texnologiya, innovasiya və sənaye kimi sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsi təşviq edildi.

Qırğızıstanın sədrliyə başlaması ilə Sammitin “Türk dünyasının gücləndirilməsi” mövzusunda gələcək irəliləyişlər üçün yeni üfüqlər açacağı gözlənilir. Qırğızıstan Prezidenti Sadır Japarov iqtisadi inteqrasiya, davamlılıq, rəqəmsal innovasiya və təhlükəsizliyə üstünlük verən hərtərəfli baxış irəli sürdü. Bu strategiya bizim firavan, bir-birinə bağlı və təhlükəsiz Türk dünyası üçün ortaq öhdəliyimizi bir daha təsdiqləyir. Qırğızıstan sədrliyi müddətində 2025-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılan növbəti Zirvəyə qədər TDT-yə rəhbərlik edəcək və həmin il Macarıstanda qeyri-rəsmi Zirvə görüşü keçiriləcək”, - deyə Ömüraliyev bildirib.

Qeyd edilib ki, sonuncu Zirvə görüşündən sonra keçirilən mətbuat konfransında Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Bişkekin rəqəmsal mərkəzə çevrilməsi, ticarət, təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və Cəlal-Abad regionunun turizm mərkəzinə çevrilməsi kimi Qırğızıstan rəhbərliyinin prioritetləri haqqında məlumat verib. Ümumiyyətlə, son regional və qlobal hadisələrlə bağlı aparılan müzakirələr təşkilatın dünya səviyyəli güclü və diqqət mərkəzində olan türk dövlətlərini birləşdirmək məqsədini daşıdığını bir daha vurğulayır.

Vahid və dayanıqlı türk gələcəyinə doğru

Baş katib bildirib ki, Qırğızıstanın sədrliyi gələcək baxımından rəqəmsal transformasiya, təhlükəsizlik, ətraf mühitin idarə edilməsi və davamlı inkişaf sahələrində tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımdır. XI Zirvə görüşü Türk dünyasının müxtəlif güclərini və ortaq irsini bütün üzv dövlətlərin mənafeyi naminə bir araya gətirərək ölkələrimizin ortaq gələcəyinə sadiqliyini bir daha təsdiqlədi.

TDT-nin Baş katibi təşkilatın birlikdə fəaliyyət göstərərək iqtisadi artımı dəstəkləməyə və möhkəmləndirməyə, Türk dünyasını sülhsevər, innovativ və kollektiv şəkildə uğurlu gələcəyə aparmaqda davam edəcəyinə əminliyini bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın və İranın xarici işlər nazirləri arşında telefon danışığı olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ