Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normaya yaxın olmaqla onun 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla 40-110, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 40-80 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 136 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla normanın 84 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 55 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 58 faizini təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 51 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 76 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 312 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 145 santimetr olub. Salyanda suyun səviyyəsi 7 santimetr azalıb və 90 santimetrə bərabər olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 15 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 147 santimetr olub.