Kürdəmirdə 5600 tondan çox pambıq yığılıb
Kürdəmir, 12 dekabr, AZƏRTAC
Kürdəmir rayonunun pambıqçıları məhsul yığımını başa çatdırıblar. Sahələrdən 5617 ton “ağ qızıl” toplanıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, cari mövsümdə 1997,5 hektar sahədə çiyid səpilmişdi. Pambıqçılar əkinləri yüksək aqrotexniki qaydada becərərək bol məhsul yetişdirməyə nail olublar. Məhsul yığımına 13 pambıqyığan maşın, 1000 nəfərə yaxın işçi qüvvəsi cəlb edilmişdi. İstehsal olunan “ağ qızıl”ın çoxu - 4588 tonu maşınlarla toplanıb.
Hər il olduğu kimi, bu il də rayonun Kürqırağı ərazilərində, o cümlədən Şilyan, Muradxan, Sor-Sor, Köhünlü ərazi dairələrində daha yüksək məhsuldarlığa nail olunub. Ümumiyyətlə, bu il rayon üzrə orta məhsuldarlıq 28,1 sentner olub ki, bu da ötənilki göstəricidən 5 sentner çoxdur. Kürqırağı ərazilərdə isə məhsuldarlıq 30 sentnerdən çoxdur.
Yığılan məhsul “Kürdəmir P-Aqro” MMC-nin və “Kürdəmir” ASC-nin pambıq qəbulu məntəqəsinə verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:16]