KXDR və Cənubi Koreya liderləri arasında danışıqların mövzusu açıqlanıb
Bakı, 27 aprel, AZƏRTAC
Seul administrasiyasının rəsmi nümayəndəsi Koreya dövlətlərinin başçıları arasında başlayan danışıqların əsas mövzularını açıqlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, iki ölkə arasındakı demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsində görüşən liderlər Koreya yarımadasının nüvəsizləşdirilməsi, uzunmüddətli sülhün bərqərar olunması, həmçinin Cənub və Şimal arasında münasibətlərin inkişafı barədə “səmimi dialoq” aparırlar.
Xatırladaq ki, Kim Çen In ölkələri ayıran xətti keçərək cənub tərəfə ayaq basan ilk KXDR lideri olub. O, dialoqun birinci raundundan sonra münaqişəyə son qoymaq, Mun Ce-in isə ölkələr arasında dəmiryol əlaqəsi yaratmaq barədə çağırış edib.
Kursun dəyişməsi
Ötən həftə Kim Çen In ölkəsinin aprelin 21-dən etibarən nüvə və raket sınaqlarını dayandırdığı barədə bəyanat verib.
Bundan başqa, Pxenyan nüvə təhlükəsi yaranmayacağı təqdirdə nüvə silahından istifadədən imtina edib. Həmçinin nüvə texnologiyalarını digər dövlətlərə verməmək barədə öhdəlik götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]