Latviya Belarusla sərhəddə fövqəladə vəziyyət rejimi tətbiq edə bilər

Riqa, 11 avqust, AZƏRTAC
Latviya daxili işlər naziri Mariya Qolubeva qeyri-leqal miqrant axını səbəbi ilə Latviya-Belarus sərhədində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı hökumətə müraciət edib.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu barədə Latviyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əgər rəsmi Riqa ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edərsə, Latviyanın Auqşdauqava və Kraslava bölgələrindəki sərhədçilər qeyri-leqal miqrantların saxlanılması və Belarusa geri göndərilməsi ilə bağlı yeni səlahiyyətlər alacaq.
Latviya DİN-in verdiyi məlumata görə, Latviya-Belarus sərhədini son üç gün ərzində 160 qeyri-leqal miqrant keçmiş və sərhədçilər tərəfindən saxlanılıb.
Qurum qeyd edib ki, Latviyada fövqəladə vəziyyət rejimin tətbiqi yalnız Seymi tərəfindən təsdiqləndikdən sonra həyata keçirilə bilər.
Qeyd edilib ki, Latviyanın Dövlət Sərhəd Mühafizəsi yüksək hazırlıq vəziyyətinə gətirilib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.07.2025 [21:14]
Türkiyənin iki tarixi abidəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib
- 12.07.2025 [18:25]
Hindistanda polis mağarada rus qadını və onun 2 qızını tapıb
- 12.07.2025 [17:44]
ABŞ yenidən müharibənin tərəfinə çevrilir
- 12.07.2025 [17:33]
Tramp Aİ-yə və Meksikaya 30 faiz tarif tətbiq olunacağını açıqlayıb
- 12.07.2025 [15:50]
Avstraliyada 12 gündür itkin düşən alman turist sağ tapılıb
- 12.07.2025 [15:36]
ABŞ Suriyanın hər hansı şəkildə bölünməsinə və ya federallaşmasına qarşıdır
Paytaxt küçələri yenidən yuyulub
- [11:04]
İsmayıllıda zəlzələ olub
- [08:25]
Marneulidə soydaşlarımıza təmənnasız hüquqi yardım göstərilir
- 11.07.2025 [23:40]