Lənkəran Dövlət Dram Teatrında “Korlar” tamaşasının premyerası olub
Lənkəran, 6 may, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında belçikalı yazıçı, Nobel mükafatı laureatı Moris Meterlinkin “Korlar” tamaşasının premyerası olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənc rejissor Emil Əskərovun Lənkəran teatrında debütü olan bu əsərdə hadisələr qaranlıq bir məkanda cərəyan edir.
Tamaşadakı bütün obrazlar kordur və onlar bir-birilərini yalnız səsləri ilə seçib ayırırlar. Ayrı-ayrılıqda onların hər birinin öz dünyası, öz istəyi və arzusu var...
Səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Rolları Xalq Artisti Qabil Quliyev, Əməkdar Artist Sucəddin Mirzəyev, aktyorlardan Şahrud Mehdiyeva, Əbülfəz Axundov, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Emin Fərzullayev, Aysel Cahangirova, Günel Abbaszadə və Ülkər Quliyeva ifa ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:54]
Culfada ictimai-iaşə obyektinin fəaliyyəti dayandırılıb
- 10.06.2026 [16:19]
Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
- 10.06.2026 [15:53]