Lənkəran Peşə Liseyində “Peşə könüllüsü”
Bakı, 14 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və BMT-nin İnkişaf Proqramının texniki dəstəyi ilə “Peşə könüllüsü” proqramı fəaliyyətə başlayıb.
“Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində Lənkəran Peşə Liseyində tələbələrlə ilk görüş keçirilib və auditoriyaya proqramın məqsədləri, gələcək hədəflər barədə ətraflı məlumat verilib. Eyni zamanda, interaktiv şəkildə davam etmiş görüş ərzində tələbələrlə maraqlı komanda quruculuğu oyunları oynanılıb.
Qeyd edək ki, proqram gənclərin inkişafı, sosial aktivliyi, cəmiyyətin mənafeyi üçün daha faydalı olmaları məqsədilə icra edilir.