Lənkəranda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 11 nəfər saxlanılıb
Bakı, 16 avqust, AZƏRTAC
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərə qarşı əməliyyat-axtarış tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində rayon sakini Zaur Hüseynov saxlanılıb. Onun üzərində axtarış aparılarkən psixotrop maddə - metamfetamin, yaşadığı evdən isə lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 patron aşkarlanıb.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə rayon sakinləri E.Tağıyev, T.Mikayıllı, M.Əzimov, E.Mahmudov, İ.Şəfiyev, R.Rzayev, E.Abbaszadə, T.Rzayev, İ.Ələkbərov və F.Rzayev saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin, metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.