Lənkəranlı müəllim diaqnostik qiymətləndirilmədə 58 bal toplayıb
Bakı, 15 fevral , AZƏRTAC
Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Bizim müəllim” layihəsi bu dəfə Lənkəran şəhəri 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Həyat Fərzullayevanı təqdim edir.
“Şagirdlərim mənim dünyamdır” - deyən H. Fərzullayeva müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 58 bal toplayıb.