Azərbaycan Dövlət İnformasiya Agentliyi

LEYLA ƏLIYEVA: “BAKI” JURNALI HEYRANLIQ DOĞURAN FAKTLARIN YENİ VƏ ORİGİNAL MƏNBƏYİDİR

İndən belə dünyanın harasında olurlarsa-olsunlar, bakılıların və onların dostlarının doğma Bakının adını daşıyan jurnalı vardır.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada, “Ritts-Karlton” mehmanxanasının dəbdəbəli salonunda Azərbaycandan və onun paytaxtından, ölkəmizin zəngin və qədim mədəniyyətindən, ənənələrindən və müasir nailiyyətlərindən söhbət açan bu nəşrin birinci nömrəsinin təntənəli təqdimatı olmuşdur. Moskva elitasının toplaşdığı mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iştirak etmişdir.

Yeni nəşrin konsepsiyasını jurnalın baş redaktoru və naşiri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı Leyla Əliyeva ön sözdə açıqlamışdır: “Biz heyranlıq doğuran faktların, şəxsi səciyyəli müsahibələrin və qeyri-adi tarixçələrin təqdim olunduğu yeni və original mənbə yaradırıq. Bütün bunları qısa “Bakı” kəlməsi birləşdirəcəkdir”.

Rusiyanın tanınmış telejurnalisti Vladimir Molçanovun apardığı təntənəli mərasim Azərbaycan haqqında filmin nümayişi ilə başlandı.

Sonra söz jurnalın baş redaktoru Leyla Əliyevaya verildi. O dedi: “Bakı” jurnalının təqdimatı mənim üçün çox fərəhli, eyni zamanda həyəcan doğuran hadisədir. Çünki biz bu jurnal vasitəsilə şəhərimizin bütün gözəlliyini və qədimliyini göstərməyə çalışmışıq. Bu gün Bakı iqtisadi inkişaf, müasirliklə qovuşmuş milli ənənələr, zəngin mədəni dəyərlər deməkdir. Bakı həmişə tolerantlığı, qonaqpərvərliyi ilə seçilmişdir. O, ən müxtəlif millətlərin nümayəndələri üçün doğma şəhərdir. Bu gün biz bu jurnalın təqdimatı ilə Azərbaycanın qədim mədəniyyətinin bir zərrəsini Rusiya paytaxtına gətirməyə çalışmışıq və sizin üçün milli musiqidən ibarət maraqlı konsert hazırlamışıq”.

Rusiya-Azərbaycan münasibətlərinin inkişafına toxunan L.Əliyeva bildirdi ki, Rusiya və Azərbaycanı uzun illər davam edən qardaşlıq və əməkdaşlıq telləri bağlayır. Tədbir iştirakçılarına, jurnalın kollektivinə və nəşrin ərsəyə gəlməsinə kömək edən, bu işə qəlbinin hərarətini və canını qoyan bütün insanlara dərin minnətdarlığını bildirən L.Əliyeva dedi: “Ümidvaram ki, “Bakı” jurnalı Azərbaycanla Rusiya arasında mədəni dialoqu daha da inkişaf etdirəcək, həm ölkəmizdə, həm də Rusiyada maraqlı informasiya mənbəyi olacaqdır”.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında öz səmimi təbriklərini bildirdi, adı onun üçün doğma olan “Bakı” jurnalının təqdimatında iştirak etdiyinə çox şad olduğunu vurğulayaraq dedi: “Mən bu gün ikiqat sevinc içindəyəm, çünki mənə doğma olan insanların bu əlamətdar hadisəyə birbaşa aidiyyəti vardır. Layihənin məharətlə həyata keçirilməsi münasibətilə Leyla Əliyevanı və onun komandasını ürəkdən təbrik edirəm. Nəşriyyat işində ikinci dərəcəli məsələlər olmur, jurnalistlərin işindən tutmuş material və fotoşəkil seçiminə, tərtibatadək bütün işlər vacibdir. Bir sözlə, bu prosesdə hər şey çox mühüm rol oynayır. Zənnimcə, bu gənc komanda çox qısa müddətdə böyük zövqlə gözəl və maraqlı jurnal yarada bilmişdir. Yəqin, Leylanın dediyi kimi, onlar bu işə qəlbən yanaşmışlar və təbii ki, nəticədə çox gözəl və ciddi bir jurnal ərsəyə gəlmişdir”.

Mehriban Əliyeva xatırlatdı ki, oxucu auditoriyası formalaşdıraraq, uzun illər öz oxucusunu axtaran bir çox nəşrlər var, lakin “Bakı” jurnalının vəziyyəti tamamilə başqadır: böyük auditoriya uzun illər öz nəşrini gözləmiş və nəhayət, istədiyinə çatmışdır. Mən inanıram ki, bu jurnal təkcə Bakı ilə Moskva arasında deyil, həm də Rusiyanın müxtəlif regionları arasında özünəməxsus körpü yaradacaqdır. Ümidvaram ki, “Bakı” təkcə Rusiyada yaşayan azərbaycanlıların deyil, həm də Azərbaycanı sevən, ölkəmizlə, onun mədəniyyəti və tarixi ilə maraqlananlar, bir sözlə, bütün dostlarımız üçün sevimli nəşrlərdən birinə çevriləcəkdir.

Sonra Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamını və ən xoş diləklərini çatdıraraq, dövlətimizin başçısının “Bakı” jurnalının redaksiyasına ünvanlanmış təbrik məktubunu oxudu. Məktubda deyilir: “Bakı” adlı yeni jurnalın birinci nömrəsinin nəşri münasibətilə redaksiyanın bütün əməkdaşlarını təbrik edirəm. Jurnal paytaxtımızın şərəfinə adlandırılmışdır. Bu, məsuliyyət deməkdir, axı, Bakı nadir şəhərdir, onun müasir siması, qədim küçələrinin gözəlliyi, Bakı buxtasının misilsiz mənzərəsi Bakıda, heç olmazsa, bircə dəfə olan insanların yaddaşından uzun müddət silinmir. Bu, Bakının son dərəcə gözəlliyinin ab-havası jurnalda çox yaxşı əksini tapmışdır. Onun səhifələrində tariximizdən faktlar, bizim günlərin daha parlaq hadisələri ahəngdarlıqla uzlaşır. Zənnimcə, Azərbaycan sakinləri və diasporumuzun nümayəndələri, turistlər gözəl hədiyyə almışlar. Ümidvaram ki, istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda jurnalın oxucu dairəsi daim genişlənəcəkdir.

Bu gün Azərbaycan dinamik inkişaf edir, müxtəlif sahələrdəki nailiyyətlərimiz bir çox yazılarda və nəşrlərdə öz əksini tapır. Lakin indiyədək Azərbaycan haqqında rus dilində obyektiv informasiya verən illüstrasiyalı jurnalımız yox idi. Jurnal, şübhəsiz, bu informasiya boşluğunu aradan qaldıracaqdır. Bununla yanaşı, onun səhifələrində Rusiyada yaşayan azərbaycanlılarla tanış olmaq, onların nailiyyətləri və problemləri barədə daha çox məlumat almaq imkanı verilir. Əminəm ki, “Bakı” jurnalı tezliklə başqa dillərdə də çıxmağa başlayacaq, müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi öz ətrafında birləşdirəcəkdir. Bu nəşrin ərsəyə gəlməsinə kömək edənlərin hamısına xoşbəxtlik, cansağlığı və firavanlıq arzulayıram”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Hökumətinin nümayəndəsi Denis Molçanov da jurnalın kollektivini təbrik etdilər.

Təqdimat mərasimindən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya və Azərbaycanın mətbuat nümayəndələrinin suallarına cavab verərək dedi: “Azərbaycanla Rusiya arasında, iki dövlətin başçıları arasında münasibətlər strateji tərəfdaşlıq kimi qiymətləndirilir. Bu o deməkdir ki, biz fəaliyyətimizin, əslində, bütün sahələrində əməkdaşlıq edirik. Bu, həm siyasi, həm iqtisadi, həm də mədəni əməkdaşlıqdır. Bildiyiniz kimi, 2005-ci il Rusiyada Azərbaycan İli, 2006-cı il isə Azərbaycanda Rusiya İli elan edilmişdi. Bu mədəni mübadilə çərçivəsində həm Moskvada, həm də Bakıda çoxlu tədbirlər, konsertlər, sərgilər təşkil olundu. Ölkələrimizi uzun illər ərzində mehriban qonşuluq münasibətləri bağlayır və mən çox şadam ki, bu gün həmin ənənələr davam etdirilir”.

Mehriban xanım Əliyeva AZƏRTAC-ın müxbirinin “Bakı” jurnalının Rusiya-Azərbaycan münasibətlərində rolu haqqında sualına cavabında dedi: “Jurnal mədəni dialoqun inkişafında çox böyük rol oynayacaqdır. Bildiyiniz kimi, hazırda Azərbaycan olduqca dinamik inkişaf edən ölkədir, regionda liderdir və iqtisadi artım sürətinə görə dünyada aparıcı yer tutur. Bütün bu prosesləri əyani şəkildə görmək üçün Bakıya gəlmək lazımdır.

Bakıda böyük tikinti işləri gedir, körpülər salınır, məktəblər inşa olunur, tarixi abidələr, teatrlar, muzeylər bərpa edilir. Zənnimcə, bütün bunlar jurnalın səhifələrində əksini tapacaqdır. Ümidvaram ki, bütün bunlar təkcə xaricdə yaşayan həmvətənlərimiz üçün maraq doğurmayacaq, həm də rusiyalı oxucunun da diqqətini cəlb edəcəkdir. Nəşrin konsepsiyası təkcə Bakı və Moskvadakı hadisələri işıqlandırmağı deyil, həm də bütövlükdə Rusiyanın və Azərbaycanın mədəni həyatında baş vermiş hadisələri əhatə etməyi nəzərdə tutur. Azərbaycan oxucusu ölkəmizin hüdudlarından kənarda baş verən hadisələri maraqla izləyəcəkdir. Bir sözlə, “Bakı” jurnalının gələcəyi böyükdür”.

Mehriban Əliyeva Azərbaycanın turizm perspektivlərini şərh edərək bildirdi ki, nadir təbiəti olan ölkəmizdə dünyadakı 11 iqlim qurşağından 9-u var. Birinci xanım vurğuladı: “Bakı dünyanın dəniz sahilində yerləşən az sayda paytaxt şəhərlərdən biridir. Əlbəttə, bütün bunlar turizmin inkişafı üçün böyük imkanlar açır. Hazırda Azərbaycanda turizm sahəsi fəal inkişaf edir, mehmanxanalar tikilir, turizm bazaları açılır və zənnimcə, bu sahənin böyük gələcəyi vardır. İnanıram ki, Azərbaycanda güclü turizm sənayesi yaradılacaq və bu mövzu da “Bakı” jurnalında öz əksini tapacaqdır”.

Mehriban xanım sonda bir daha əminliyini bildirdi ki, “Bakı” jurnalı həm Rusiyanın, həm də Azərbaycanın mədəni həyatında böyük hadisə olacaqdır.

Təqdimat mərasimində Rusiya hökumətinin, ziyalılarının, biznes elitasının və şou-biznesinin tanınmış nümayəndələri, o cümlədən “Krokus İntənəşnl” şirkətinin başçısı Araz Ağalarov, “LUKoyl”şirkətinin başçısı Vahid Ələkbərov, Moskva merinin birinci müavini Lyudmila Şvetsova, RF Hökumətinin nümayəndəsi Denis Molçanov, Rusiya Milli Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Smirnov, Nobel mükafatı laureatı Jores Alferov, Rusiya Prezidenti Aparatının nümayəndələri, deputatlar, siyasətçilər, Azərbaycan diasporunun nümayəndələri iştirak edirdilər.

“İgidlər” ansamblı, Muğam üçlüyü, beynəlxalq müsabiqələr laureatı Elçin Əzizov, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Samir Cəfərov və başqalarının iştirakı ilə maraqlı konsert proqramı oldu.

Foyedə Vladislav Loktev və Sənan Ələsgərovun əsərlərindən ibarət “Bakı Rusiya və Azərbaycan rəssamının gözü ilə” adlı fotosərgi nümayiş etdirilirdi.

Xatırladaq ki, “Bakı” jurnalının ərsəyə gəlməsinə “Krokus İntənəşnl” şirkətinin kommersiya direktoru Emin Ağalarov da əhəmiyyətli töhfə vermişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub

“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

Azərbaycanla İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib

Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir

Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib

“Bayer” heyətinə yeni futbolçu cəlb edib

Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb

Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub

Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm

Milli qurtuluşdan dövlətçilik zirvəsinə: BDU tələbələri Ulu Öndərin siyasi irsini öyrənirlər

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ

Ölkədə muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

Mətin Məmmədli: Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır

ABŞ-nin neft ehtiyatları azalıb

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Azərbaycanda beynəlxalq sertifikatların maliyyələşdirilməsi proqramı hazırlanır

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - RƏY

Fransadakı alman bunkerləri baxımsız qalıb

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

ADNSU-da respublika fənn olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb

Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək

Azərbaycan enerji sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır ŞƏRH

Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək

Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Oman sahillərində tankerdə yanğın baş verib

Qaya Məmmədov: Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb

Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib

Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir- ŞƏRH

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Donald Tramp: İnflyasiyanı bəyənirəm

Teatr sənətinin vurğunu

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır VİDEO

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır VİDEO

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb

PMI rəsmisi: Azərbaycan innovasiya və insan kapitalına əsaslanan iqtisadiyyat qurur

Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır

Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı ləğv edib

BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb

Krasnodar hava limanında 34 reys təxirə salınıb

® Əsəd Qurbanzadə: Unun alış qiyməti deyil, son məhsulun maya dəyəri əsas göstəricidir

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır

Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır

SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb

Aleksey Kim: Azərbaycan resurslara əsaslanan iqtisadiyyatdan innovasiyayönümlü modelə keçidi uğurla həyata keçirir

SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub

Xalq rəssamı Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlanıb

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür

NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb

Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var

Culfada yaşayış binasında yanğın olub

Nazir müavini: Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir

Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub

Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır

Çinli alimlər irsi əzələ distrofiyasının müalicəsində ciddi irəliləyiş ediblər

Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb

“AmCham”: Məqsədimiz dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq imkanlarının yaradılmasıdır

ABŞ-nin hücumu nəticəsində Oman körfəzində iki hindistanlı dənizçi həlak olub

Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb

Manna dövlətinin fundamental tədqiqatçısı: Solmaz Qaşqayın elmi irsi bu gün də aktualdır

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək

Küveyt hava məkanını yenidən açıb

Şəki REM-in əməkdaşları şəhid Məmmədiyyə Cabbarzadənin xatirəsini yad ediblər

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib VİDEO

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib VİDEO

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir VİDEO

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan nefti 96 dollara satılıb VİDEO

Azərbaycan nefti 96 dollara satılıb VİDEO

Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib

Şimali Kipr Baş nazirinin müavini: Qardaş Azərbaycanla əlaqələrin dərinləşəcəyinə səmimi-qəlbdən ümid edirəm