LONDONDAKI AZƏRBAYCANLILAR BUDAPEŞT MƏHKƏMƏSİNİN RAMİL SƏFƏROVLA BAĞLI HÖKMÜNƏ ETİRAZLARINI BİLDİRMİŞLƏR
Yerli vaxtla saat 12-də başlanan yürüş-mitinq 2 saat davam etmişdir. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, professor Qulamrza Səbri Təbrizi mitinqdə çıxış edərək, Budapeşt məhkəməsinin hökmünün ədalətsiz olduğunu bildirmişdir.
Tədbirdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinə, azərbaycanlılara qarşı zorakılıq və soyqırımı əməllərinə beynəlxalq cinayət məhkəməsində hüquqi qiymət verilməsi, habelə Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi tələbləri səslənmişdir.
Aksiya iştirakçıları tələblərini yazılı surətdə Macarıstan səfirliyinə təqdim etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]