“Lufthansa” aviaşirkəti Tallinn-Münhen reysini bərpa etməyi planlaşdırır
Tallinn, 27 avqust, AZƏRTAC
Almaniyanın “Lufthansa” aviaşirkəti Tallinn-Münhen reysini bərpa etməyi nəzərdən keçirir.
AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı aviaşirkət yayıb. Bildirilib ki, “Lufthansa” qış uçuşları cədvəlinə Tallinn-Münhen reysini yenidən daxil etmək niyyətindədir.
Qeyd edilib ki, uçuşların həftədə 3 dəfə həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, Tallinn-Frankfurt istiqamətində həyata keçirilən uçuş cədvəlinə əlavə reyslər də daxil edilə bilər. Aviaşirkət hazırda həftədə 13 dəfə həyata keçirilən uçuşların əvəzinə 19 reys həyata keçirməyi planlaşdırır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]