İQTİSADİYYAT
“LUKOYL” QAZAXISTANDA NEFT KƏŞFİYYATINA 3 MİLYARD DOLLAR QOYMAĞA HAZIRDIR
Rusiyanın “LUKoyl” şirkəti Xəzərin Qazaxıstan sektorunda kəşfiyyat işləri aparılmasına, təxminən 3 milyard dollar qoymağa hazırdır. AZƏRTAC-ın müxbiri Almatıdan xəbər verir ki, bunu Rusiya səhmdar cəmiyyətinin prezidenti Vahid Ələkbərov Əcnəbi Sərmayəçilər Şurasının 10-cu iclasında çıxış edərkən bildirmişdir.
V.Ələkbərov xatırlatmışdır ki, “LUKoyl” Qazaxıstan iqtisadiyyatına artıq 1,5 milyard dollar qoymuşdur. O demişdir ki, Qazaxıstan iqtisadiyyatına daha, təxminən 3 milyard dollar qoyulması haqqında qərar ölkədə əcnəbi sərmayəçilər üçün əlverişli şəraitin olması ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:37]
“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb
- 06.05.2024 [18:02]
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb
- 06.05.2024 [17:14]
Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir
- 06.05.2024 [16:58]
® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb
- 06.05.2024 [16:53]