Lvov vilayətində bina uçub, həlak olanlar var
Kiyev, 28 avqust, AZƏRTAC
Ukraynanın Lvov vilayətinin Droqobıç şəhərində yaşayış binasında təbii qaz sızmasından baş verən partlayış nəticəsində bina uçub.
AZƏRTAC Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytına istinadla xəbər verir ki, partlayış nəticəsində ən azı iki nəfər həlak olub. Xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü uşaqdır.
Dağıntılar altında daha 4 nəfərin qaldığı bildirilir. Faktla bağlı cinayət işi açılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev