Macarıstan Həmkarlar İttifaqları işləyənlərin məcburi qaydada peyvəndlənməsi barədə tələbdən narazıdırlar
Budapeşt, 12 noyabr, AZƏRTAC
Macarıstan Həmkarlar İttifaqları koronavirusa qarşı vaksinasiyanın vacib olduğunu etiraf edir, lakin Nazirlər Kabinetinin işəgötürənlərin öz əməkdaşlarının işini davam etdirməsinin zəruri şərti kimi immunizasiya keçmələrinin sübutunu tələb etmələrini məqbul hesab etmirlər.
AZƏRTAC xəbər verir ki, Macarıstan Həmkarlar İttifaqları Assosiasiyası hökumətin bu yeni tədbiri tətbiq etmək barədə onunla məsləhətləşmədiyinə görə təəssüfləndiyini bildirib. Assosiasiyanın bununla əlaqədar yaydığı bəyanatda deyilir ki, hökumətin yeni tələbi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilməlidir.
Hökumətin qərarında şərh edilən bu tədbir işəgötürülənlərə imkan verir ki, müvafiq təlimatlara riayət etməyən əməkdaşları bir il müddətinə ödənişsiz məzuniyyətə göndərsinlər, bu müddət keçdikdən sonra isə həmin əməkdaşlar hələ də COVID-19-a qarşı peyvəndlənməyibsə, onları işdən azad etsinlər.
Həmkarlar İttifaqlarını narahat edən budur ki, işəgötürənlər işçilərin işdən azad edilməsini sürətləndirmək üçün özlərinin yeni səlahiyyətlərindən “sui-istifadə edə bilərlər”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt