Macarıstan və Serbiya arasında qaz interkonnektoruna dair saziş təsdiq olunub
Budapeşt, 28 iyun, AZƏRTAC
Bu gün “kormany.hu” rəsmi dövlət xəbər portalında dərc edilən məlumata görə, Macarıstan parlamenti iki həftə bundan əvvəl Macarıstan və Serbiya hökumətləri tərəfindən iki ölkənin qaz şəbəkələri arasında interkonnektorun tikintisi barədə imzalanan sazişi bəyənib. Xatırladaq ki, imzalanma mərasimi Macarıstanın paytaxtında təşkil edilib, o vaxt sazişi Macarıstanın xarici siyasət idarəsinin başçısı Peter Siyarto və Serbiyanın energetika və mədənçıxarma sənayesi naziri Aleksandar Antiç imzalamışdılar.
İmzalanma zamanı macar nazir bəyan etmişdi ki, 10 milyard kubmetrədək buraxıcılıq qabiliyyətinə malik olan birləşdirici xətt üzrə tender proseduru payızın əvvəllərində təşkil olunacaq, boru kəmərinin tikintisi isə bir ildən sonra başlayacaq və ilyarım davam edəcək.
Antiç, öz növbəsində, artıq boru kəmərinin çəkildiyini qeyd edib.
İndi sazişə parlament tərəfindən də razılıq verilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]