Magistraturaya qəbul 75 proqram üzrə aparılıb
Bakı, 16 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, magistraturaya qəbul 75 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Məsələn, neft-qaz mühəndisliyi, hidrometeorologiya, geodeziya və xəritəçilik mühəndisliyi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası, turizm, riyaziyyat, dağ-mədən mühəndisliyi, mexanika, biologiya, coğrafiya, torpaqşünaslıq və aqrokimya, balıqçılıq, bədən tərbiyəsi, əczaçılıq, MBA, nəqliyyat servisi, kosmik texnika və texnologiyalar mühəndisliyi, yanğın təhlükəsizliyi mühəndisliyi, çoxişlənən malların texnologiyası mühəndisliyi, aktyor sənəti və xüsusi təyinatlı ixtisaslara uyğun olan 2, 12, 17, 20, 21, 22, 28, 29, 30, 33, 34, 35, 52, 54, 55, 56, 57, 60, 63, 64, 65, 71, 72, 74 saylı proqramlara ayrılmış plan yerləri 100 faiz dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.