İDMAN
Mahir Emreli Bundesliqada növbəti qolunu vurub
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti qolunu vurub.
AZƏRTAC xəbər verir ki, 27 yaşlı forvard Almaniya II Bundesliqasının XI turu çərçivəsində “Hamburq”la keçirilən görüşün 63-cü dəqiqəsində fərqlənib.
M. Emreli daha əvvəl IX turda “Qroyter”lə , X turda “Reqensburq”la və Almaniya Kubokunda “Hoffenhaym”la oyunlarda da fərqlənmişdi.