Azərbaycan Dövlət İnformasiya Agentliyi

MALİYYƏ NAZİRİ SAMİR ŞƏRİFOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

2009-cu ilin birinci yarımilliyində Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı 2008-ci ildə başlayan qlobal maliyyə-iqtisadi böhranın dünya iqtisadiyyatında yaratdığı mənfi fəsadları, ələlxüsus qlobal ticarət dövriyyəsinin kəskin şəkildə aşağı düşməsi, iqtisadiyyatın bank və qeyri-bank kreditləşməsinin azalması fonunda baş vermişdir.

Beynəlxalq Valyuta Fondunun yenicə dərc etdiyi dünya iqtisadiyyatının proqnozuna görə, 2009-cu ildə inkişaf etmiş ölkələrdə ümumi daxili məhsul 2,5-5 faiz, Avropa İttifaqı ölkələrində 4,7 faiz, Asiyanın yeni industrial dövlətlərində 6 faiz, MDB dövlətlərində məcmu olaraq 4 faiz azalacaqdır.

Qlobal maliyyə-iqtisadi böhran Azərbaycan iqtisadiyyatını da sınağa çəkmişdir. Lakin əlverişsiz şəraitə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişləri əsasında görülən tədbirlər nəticəsində və əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensialı hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır.

Cari ilin altı ayı ərzində Azərbaycan iqtisadiyyatının ardıcıl artımı davam etmişdir və cənab Prezidentin qeyd etdiyi kimi, ÜDM-in artımı 3,6 faiz təşkil etmişdir.

Beynəlxalq Valyuta Fondunun 2009-cu ildə dünya iqtisadiyyatının 1,4 faiz azalacağı proqnozu fonunda bu göstərici xüsusilə təqdirəlayiqdir.

Burada onu da demək yerinə düşər ki, son illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında əldə edilən rekord inkişaf sürəti ölkəmizin iqtisadi göstəricilərinin mütləq ifadədə xeyli artmasına səbəb olmuşdur. Bu baxımdan cari və gələcək dövrlərdə hər artım faizinin kəmiyyət tutumunun əvvəlki illərin göstəricilərinin tutumundan əhəmiyyətli dərəcədə yüksək olması diqqətdən yayınmamalıdır.

2009-cu ildə “Moody’s Investor Service” və “Fitch Ratings” beynəlxalq reytinq agentlikləri ölkəmizin növbəti kredit reytinq qiymətləndirilməsini keçirmişlər və əvvəlki illərdə təyin etdikləri kredit reytinqlərini müvafiq olaraq Ba1 və BB+ səviyyələrində bir daha təsdiqləmişlər.

“Standard&Poors” reytinq agentliyi isə, Azərbaycan Respublikasına digər reytinq agentlikləri tərəfindən əvvəllər daha əlverişli iqtisadi şəraitdə verilmiş kredit reytinqləri səviyyəsində BB+ reytinqi ilk dəfə qiymətləndirmə nəticəsində təyin etmişdir ki, bu da ölkə iqtisadiyyatının böyük imkanlarını və dayanıqlığını nümayiş etdirir.

Eyni zamanda, demək istərdim ki, Azərbaycandan fərqli olaraq, 2008-ci ilin ortalarından indiyə kimi həmin reytinq agentlikləri bir sıra MDB dövlətlərinin, habelə Mərkəzi və Şərqi Avropa ölkələrinin kredit reytinqlərini yenidən qiymətləndirərək, onları bir və ya iki pillə aşağı endirmişdir.

Cari ilin altı ayında dövlət büdcəsinin mədaxili 4 milyard 862 milyon manat və ya 93,4 faiz yerinə yetirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52 milyon manat və ya 1,1 faiz çoxdur.

Vergilər Nazirliyi mədaxil proqnozunu 80,8 faiz icra etməklə, dövlət büdcəsinə 1 milyard 627 milyon manat vəsait daxil olmasını təmin etmişdir. Həmin vəsaitin də 1 milyard 165 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Qeyri-neft sektoru üzrə 2008-ci ilin müvafiq dövrünə nisbətən 119 milyon manat və ya 11,4 faiz çox vəsait daxil olmuşdur.

Dövlət Gömrük Komitəsi büdcə proqnozuna 100,1 faiz və ya ötən ilin eyni dövrü ilə müqayisədə 76 milyon manat və yaxud 13,4 faiz çox əməl etmişdir. Dövlət Neft Fondundan büdcəyə proqnozda nəzərdə tutulduğundan 75 milyon manat və ya 3,1 faiz çox transfert edilmişdir.

2009-cu ilin birinci yarısında icmal büdcənin gəlirləri 5 milyard 865 milyon manat, xərcləri 5 milyard 144 milyon manat icra olunmuş, icmal büdcədə 901 milyon manat profisit yaranmışdır.

Hesabat dövründə bütün əsas investisiya layihələrinin və proqramların həyata keçirilməsi davam etdirilmiş, bu məqsədə dövlət büdcəsindən 1 milyard 675 milyon manat vəsait yönəldilmişdir.

Həmin vəsaitlərdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 124 milyon manat, o cümlədən təhsil müəssisələrinə 29 milyon manat, səhiyyə müəssisələrinə 9,4 milyon manat, mədəniyyət müəssisələrinə 32 milyon manat, idman müəssisələrinə 24 milyon manat, sosial müdafiə və sosial təminat təyinatlı müəssisələrə 24 milyon manat vəsait sərf edilmişdir.

Əsas kommunal və nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1 milyard 84 milyon manat, o cümlədən elektrik energetikası infrastrukturlarının tikintisi üçün 168 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturlarının bərpası və yenidən qurulması üçün 69 milyon manat, respublika əhəmiyyətli avtomobil yollarının və yol infrastrukturunun tikintisi və yenidən qurulmasına 731 milyon manat, Bakı Metropoliteninin yeraltı nəqliyyat obyektlərinin tikintisi və metro üçün avadanlığın alınmasına 47 milyon manat vəsait yönəldilmişdir.

Cari ilin ötən dövrü ərzində icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsi üçün 153 milyon manat vəsait sərf edilmişdir.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan bir sıra vacib dövlət xərclərinin maliyyələşdirilməsinə 7,6 milyon manat, dövlət büdcəsinin Ehtiyat Fondundan əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 65,4 milyon manat vəsait istifadə olunmuşdur.

Möhtərəm cənab Prezident!

Qlobal maliyyə-iqtisadi böhranın Azərbaycan sahibkarlığına təsirinin azaldılması ilə bağlı tapşırığınıza uyğun olaraq, sahibkarların rəqabət qabiliyyətinin qorunması, onların birbaşa vergi yükünün azaldılması istiqamətində hökumət tərəfindən təsirli tədbirlər görülür.

Bu məqsədlə bir neçə gün əvvəl imzaladığınız qanuna uyğun olaraq, 2010-cu ildən fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün vergi tutulan əməliyyatların həcmi 90 min manatdan 150 min manatadək artırılmışdır. Əhalinin vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən etibarən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmiş, ödənişli məktəbəqədər müəssisələrin xidmətləri əlavə dəyər vergisindən azad edilmişdir.

Qeyri-neft sektorunun inkişafına dövlət qayğısının daha da artırılması, sahibkarlığın dəstəklənməsi siyasəti davam etdirilir.

Cari ilin altı ayında Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 41 şəhər və rayonda 770 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 45 milyon manat güzəştli kredit verilmişdir ki, bu da regionlarda 3400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaqdır.

Hesabat dövründə dövlət büdcəsindən kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 33 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat həcmində vəsait ayrılmışdır.

Möhtərəm Prezident!

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, cari ilin yanvar ayından 2010-cu il üçün dövlət və icmal büdcə layihələrinin tərtibinə başlanılmışdır.

Büdcə layihələri hazırlanarkən Sizin daim diqqətinizdə olan əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, ələlxüsus aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsinə, Azərbaycan dövlətinin inkişafı üçün müəyyən etdiyiniz strateji xəttə uyğun olaraq ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsinə, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlmiş dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə xüsusi diqqət yetirilir.

Eyni zamanda, 2010-cu ildə dünya iqtisadiyyatının tənəzzüldən çıxaraq yenidən artıma qədəm qoyması, beynəlxalq ticarət dövriyyəsinin əvvəlki həcmdə, əsas xammallar və enerji daşıyıcıları üzrə qiymətlərin isə ədalətli qiymətlərə yaxın səviyyələrdə bərpa olunması, beynəlxalq maliyyə bazarlarının canlanması və kreditləşmə imkanlarının artması kimi proqnozlaşdırılan meyillərin də Azərbaycan iqtisadiyyatının gələnilki inkişafına müsbət təsir edəcəyi və onun daha yüksək sürətlə artması üçün əlverişli zəmin yaradacağı barədə əminliklə fikir söyləməyə əsas verir.

Çıxışımın sonunda icazə verin, Sizi əmin edim ki, bugünkü iclasda verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla, 2009-cu büdcə ilinin layiqincə başa çatdırılması və müəyyən etdiyiniz inkişaf hədəflərinə nail olmaq üçün Maliyyə Nazirliyinin kollektivi öz töhfəsini verəcək və səylərini əsirgəməyəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH