Azərbaycan Dövlət İnformasiya Agentliyi

Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib

Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib

Bakı, 6 fevral, AZƏRTAC

Maliyyə Nazirliyində 2019-cu ilin yekunları və 2020-ci ildə nazirlik qarşısında duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasını giriş sözü ilə açan Maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə bütün sahələrdə yüksək göstəricilər əldə edildiyini, qarşıya qoyulan bütün vəzifələrin və proqramların uğurla icra olunduğunu qeyd edərək qazanılmış sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib.

Qeyd edilib ki, xüsusilə dövlət başçısı tərəfindən imzalanan sərəncamlarla əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı təbəqənin real gəlirlərinin yüksəldilməsi məqsədilə onlara ödənilən sosial ödənişlərin, o cümlədən əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı sosial islahat paketi reallaşdırılıb. Bundan başqa, icbari tibbi sığorta sisteminin tam təkmilləşdirilərək bu ilin əvvəlindən mərhələlərlə bütün ölkə ərazisində tətbiqinə başlanılıb, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması proqramları davam etdirilib.

2019-cu ilin dövlət büdcəsinin digər vacib elementi 640 milyon manat vəsait tutumu olan və 593 min fiziki şəxsi əhatə edən problemli kreditlərinin həll edilməsi ilə bağlı dövlət başçısının imzaladığı humanist Fərmanının icrası olub.

Nazir bildirib ki, il ərzində dövlət büdcəsi qarşısında duran bütün vəzifə və funksiyalar - müdafiə, milli təhlükəsizlik, sosial, investisiya, mədəniyyət, idman və digər sahələrdə tədbirlərin maliyyələşdirilməsi tam təmin edilib, eyni zamanda, dövlət büdcəsi xərclərinin bəzi maddələri üzrə qənaətlər əldə olunub.

Kollegiya iclasında ötən ilin dövlət və icmal büdcələrinin icra göstəriciləri də açıqlanıb. Diqqətə çatdırılıb ki, icmal büdcənin gəlirləri 33,8 milyard manat və ya 2018-ci illə müqayisədə 9,4 faiz, xərcləri isə 26,5 milyard manat həcmində icra olunub. İcmal büdcə 7,3 milyard manat profisit əldə olunub ki, bu da proqnoza nisbətən 2,9 dəfə çoxdur.

2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat və ya təsdiq olunmuş proqnoza qarşı 4,5 faiz çox, xərcləri 24,4 milyard manat və yaxud 97 faiz icra edilib. Dövlət büdcəsinin kəsiri 2 milyard manat proqnoza qarşı 207 milyon manat olub. Dövlət büdcəsi kəsirinin əhəmiyyətli dərəcədə daralması, ilk növbədə, vergi və gömrük orqanları tərəfindən büdcə daxilolmaları üzrə proqnozların artıqlaması ilə icra edilməsi, habelə xərclər üzrə qənaətlərin əldə edilməsi ilə bağlı olub.

Kollegiyanın sədri bildirib ki, Prezident İlham Əliyevin yanında 2019-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkənin iqtisadi dayanıqlılığının qorunub saxlanılması, aparıcı sahələr üzrə inkişafın təmin edilməsi üçün ölkə başçısı tərəfindən hökumətin qarşısında ciddi vəzifələr qoyulub. Bu konteksdə qarşıdakı illərdə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorundan gələn gəlirlər hesabına örtülməsinə nail olunması, büdcə xərclərinin şəffaflığının və səmərəliliyinin daha da artırılması, xarici dövlət borcunun azaldılması əsas strateji xətt olaraq qalır. Qeyd olunub ki, Prezident İlham Əliyevin Fərmanı ilə qəbul edilmiş dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiyanın icrası təmin edilir, həyata keçirilən tədbirlər nəticəsində xarici valyutada ifadə olunan dövlət borcu mərhələlərlə azaldılır, bununla yanaşı daxili qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə dövlət qiymətli kağızlarının həcmi tədricən artırılır.

Nazir ötən ilin oktyabr ayında Prezident İlham Əliyevin Fərmanı ilə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradıldığını xatırladaraq bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin bundan sonra da vaxtında və yüksək səviyyədə icrasının davam etdirilməsinin vacibliyini vurğulayıb.

Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2019-cu ildə dövlət büdcəsi vəsaitlərinin təyinatı üzrə istifadəsinə il ərzində nəzarət tədbirləri davam etdirilib, risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən 2020-ci il üzrə də iş planı tərtib olunaraq təsdiqlənib, dövlət büdcəsinin vəsaitlərinin istifadəsinə nəzarətin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilib.

Bu günlərdə “Azərbaycan Respublikasının regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev tərəfindən regionların inkişafında prioritet istiqamətlərin müəyyənləşdirildiyini bildirən S.Şərifov diqqətə çatdırıb ki, sənaye istehsalı və kənd təsərrüfatının inkişafı, iqtisadiyyatın aparıcı sahələrinin modernləşməsi və şaxələnməsi, iqtisadi səmərəliliyin və dayanıqlılığının təmin edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, ölkədə həyata keçirilən irimiqyaslı sosial və infrastruktur layihələrin reallaşdırılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı hökumət qarşısında bir sıra vəzifələr qoyulub. Bu vəzifələrin həyata keçirilməsi üçün cari və növbəti illərdə dövlət və icmal büdcələrində lazımi maliyyə təminatı yaradılacaq.

Maliyyə Nazirliyinin daimi fəaliyyətində informasiya texnologiyalarının və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqinə böyük önəm verildiyini vurğulayan nazir dövlət büdcəsinin icrası ilə yanaşı, büdcənin formalaşdırılması prosesinin və onunla əlaqədar olan bütün növ əməliyyatların tam avtomatlaşdırılması, habelə avtomatlaşdırılmış daxili sənəd dövriyyəsi sisteminin nazirliyin bütün tabeli qurumlarında da tam tətbiqi üçün müvafiq işlər görüldüyünü, hazırda bir çox büdcə təşkilatlarında əsas vəsaitlərinin uçotu, dövlət büdcəsinin tərtibi prosesinin proqnozlaşdırılması və digər istiqamətləri tənzimləyən müvafiq proqram təminatlarının müvəffəqiyyətlə istifadə olunduğunu bildirib və “ASAN xidmət” ilə birlikdə istifadəçi büdcə təşkilatlarının əhatə dairəsinin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Eyni zamanda, hazırda bütün növ xəzinə əməliyyatlarının icrasının və uçotunun real vaxt rejimində elektron imzadan istifadə etməklə həyata keçirildiyi, nəticədə, büdcə vəsaitlərinin xərclənilməsində nəzarət mexanizminin artdığı və şəffaflığın təmin olunduğu diqqətə çatdırılıb, əməliyyatların tam avtomatlaşdırılması işlərinin bütün ölkə ərazisində tətbiqi işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Büdcə prosesinin mütərəqqi beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilməsi, şəffaflığın, açıqlığın və büdcə müzakirələrində ictimaiyyətin daha geniş iştirakının təmin edilməsi istiqamətində 2019-cu il ərzində görülmüş işlər kollegiya iclasında müzakirə olunub. Bildirilib ki, ötən il ilk dəfə olaraq büdcə müzakirələrində ictimai iştirakçılığın təşviqi, büdcəöncəsi debatların və açıq müzakirələrin başlamasına imkanın yaradılması məqsədilə büdcə müzakirələrinin başlamasına 1 ay qalmış “Dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” dərc olunub, ardınca büdcə layihəsinin təqdimatı, ortamüddətli dövr üçün icmal və dövlət büdcələrinin əsas parametrlərini, o cümlədən də makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları əhatə edən sənədlər toplusu nazirliyin saytında dərc olunaraq ictimaiyyətə açıqlanıb. Bu işin davam etdirilməsi və mütəmadi şəkil alması nazirliyin aidiyyəti bölmələri tərəfindən təmin olunmalıdır.

İclasda 2020-ci ildə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələr sırasında 2021-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması və “Büdcə sistemi haqqında” Qanunda qoyulmuş tarixlərə uyğun olaraq aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı işlərin təşkilinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, ortamüddətli xərclər çərçivəsinə uyğun tərtib ediləcək 2021-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin hazırlanması ilə bağlı 39 bənddən ibarət “Tədbirlər Planı” təsdiq edilib. Bundan əlavə, dövlətin maliyyə resurslarının proqramlara və strateji hədəflərə uyğun icrasının təmin edilməsi, dövlət orqanları üzrə büdcənin həmin orqandan gözlənilən nəticələr əsasında tərtib edilməsi, əsas nəticələrin aydın müəyyənləşdirilməsi, ortamüddətli xərclər çərçivəsinin tətbiqi ilə bağlı zəruri tədbirlərin sürətləndirilməsi və nəticəəsaslı büdcə tərtibi mexanizminə keçidin təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin Fərmanı ilə 2020-ci il pilot dövr kimi, büdcə xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələri isə pilot sektorlar kimi müəyyən edilib.

İclasda kollegiyanın gündəliyinə uyğun olaraq məruzələr dinlənilib, müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.

Sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş nazirlik əməkdaşlarına medallar təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib