Masallı rayonunun Xırmandalı kəndində həkim məntəqəsi istifadəyə verilmişdir
Masallı, 10 iyul (AZƏRTAC). Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq iyulun 10-da Masallı rayonunun Xırmandalı kəndində həkim məntəqəsi istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, yeni səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmişlər.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına müvafiq olaraq ölkəmizin bütün regionlarında olduğu kimi, Masallı rayonunda da əhalinin sosial problemləri uğurla həll edilir.
Bildirilmişdir ki, dövlətimizin başçısının səhiyyə sistemində apardığı uğurlu islahatlar, regionlarda tibb ocaqlarının bərpa etdirilməsi sağlam cəmiyyətin formalaşmasına, əhaliyə daha yaxşı səhiyyə xidməti göstərilməsinə şərait yaratmışdır.
Mərasim iştirakçıları ölkəmizdə səhiyyənin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları yeni həkim məntəqəsində yaradılan şəraitlə yaxından tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]