Masallıda bayram sevinci
Masallı, 11 may (AZƏRTAC). Mayın 10-da Masallı şəhərindəki Heydər Əliyev parkında keçirilən mərasimdə ümummilli liderin anadan olmasının 88-ci ildönümü bayram sevinci ilə qeyd edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyətin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, dahi şəxsiyyətin adını daşıyan muzeydə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olmuşlar.
N.Gəncəvi adına şəhər mədəniyyət və istirahət parkında ulu öndərin 88-ci ildönümü münasibətilə təşkil edilmiş bayram konsertində Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının üzvləri və yerli musiqiçilər çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]