Mayın 15-də ölkənin 25 şəhər və rayonunda sınaq imtahanı keçiriləcəkdir
Bakı, 13 may (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mayın 15-də növbəti sınaq imtahanı keçirəcəkdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağstafa, Gədəbəy, Şirvan, Lənkəran, Quba, Masallı, Salyan, Balakən, Qax, Ağcabədi, Göyçay, İsmayıllıda, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Sədərək, Şərur və Şahbuz rayonlarında aparılacaqdır.
İmtahanda 32 mindən çox abituriyentin iştirakı gözlənilir. Sınaq imtahanlarında istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanmış və orta məktəb dərsliklərinə, müvafiq qəbul imtahanları proqramlarına tamamilə uyğundur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]