SİYASƏT
MDB-nin MƏHƏLLİ PARLAMENT KONFRANSI KEÇİRİLƏCƏKDİR
Fevralin 11-12-də Moskvada MDB-nin “Beynəlxalq Cinayət Məhkəməsi və qanunun aliliyinə kömək” mövzusunda məhəlli parlament konfransı keçiriləcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə parlamentin deputatı Mixail Zabelin, aparatın inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Cəfərov iştirak edəcəklər.
Parlamentarların Qlobal Fəaliyyət Təşkilatının təşəbbüsü ilə keçiriləcək konfransda Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti, insan haqlarının qorunması, terrorizmə qarşı mübarizə və beynəlxalq ədliyyə üzrə tərəfdaşlıq məsələləri müzakirə olunacaqdır.