MDU kollektivi Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya edib
Bakı, 10 iyun, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrası və Həmkarlar İttifaqı Komitəsi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına (ŞAR) ekskursiya təşkil olunub. Ekskursiyada MDU-nun bir qrup professor-müəllim heyəti, riyaziyyat və informatika müəllimliyi ixtisaslarında təhsil alan tələbə və magistrantlar iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ekskursiya zamanı universitet kollektivi rəsədxananın muzeyində olan eksponatlara baxıb, teleskopların iş prinsipi ilə tanış olub, aparılan elmi-tədqiqatların əsas istiqamətləri və nəticələri barədə məlumatlandırılıblar.
Ekskursiya tələbə və müəllim heyəti tərəfindən maraqla qarşılanıb.