MDU-nun tələbə və əməkdaşları Mingəçevir Sənaye Parkında olublar
Bakı, 4 iyun, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin tərkibində fəaliyyət göstərən İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə Mingəçevir Sənaye Parkına infotur təşkil edilib. İnfoturda kafedranın akademik heyətinin bir qrup üzvü, tələbələr və magistrantlar iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, infotur çərçivəsində universitet heyəti Mingəçevir Sənaye Parkının istehsalat bölmələri və laboratoriyalarında texnoloji proseslərlə tanış olub, informasiya-idarəetmə texnologiyaları və sistemləri barədə məlumatlandırılıblar.
İnfotur iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına töhfə verən müvafiq infoturların və ekskursiyaların təşkilinə xüsusi diqqət yetirilir.