Məcburi köçkün qəsəbələrində tibbi tullantıların orqanizmə təsiri və idarəolunması mövzusunda təlimlər keçilir
Bakı 13 may (AZƏRTAC). Səhiyyənin İnkişafına Dəstək İctimai Birliyi Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə tibbi tullantıların orqanizmə təsiri və idarə olunması mövzusunda təlimlərə başlamışdır.
Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tibbi tullantıların orqanizmə təsiri və idarə olunması haqqında biliklərin məcburi köçkün əhali arasında yayılması” layihəsi çərçivəsində keçilir.
İlk məşğələ müəllimləri və icma fəaliyyət qrupunun üzvlərini əhatə etmişdir.
Növbəti mərhələdə təlimlərin tibb işçiləri üçün keçilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]