Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək
Bakı, 9 oktyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 17-də saat 11.00-da Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində( Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 172 ) Mingəçevir, Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşlar iştirak edə bilər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.