Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Mədəniyyət və Turizm Nazirliyi - 10 il

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 ili tamam olur. Bu illər ölkəmizin digər sferalarında olduğu kimi, mədəniyyət və turizm sahəsində də dinamik inkişafla müşayiət olunub, yaddaqalan uğurlar əldə edilib. Təsadüfi deyil ki, bu illər ərzində sahənin inkişafı naminə Prezident İlham Əliyev tərəfindən 500-dən çox fərman və sərəncam imzalanıb. Bu fərman və sərəncamlar nazirliyin fəaliyyət istiqamətini şərtləndirən, müəyyənləşdirən əsas amil olmaqla yanaşı, mədəniyyət və turizm siyasətinin hüquqi-qanunvericilik bazasını yeni sənədlərlə zənginləşdirib, yüzlərlə lazımi işlərin həyata keçirilməsinə şərait yaradıb.

Mədəniyyətimizin inkişafından danışarkən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. Belə ki, həm ölkə, həm də beynəlxalq əhəmiyyətli tədbirlərin reallaşmasında birinci xanımın himayəçiliyi, gələcəyə hesablanmış uğurlu addımları və tarixi xidmətləri danılmaz faktdır. Məhz Mehriban xanımın ardıcıl zəhməti və böyük xidmətləri hesabına Azərbaycan muğamı, aşıq, tar ifaçılığı, xalçaçılıq, Lahıc misgərlik sənətləri, Novruz bayramı, çövkən atüstü oyunu, kəlağayı simvolizmi UNESCO-nun Qeyri-maddi mədəni irsin reprezentativ və təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahılarına daxil edilib, eləcə də görkəmli mədəniyyət və söz adamlarının yubileyləri beynəlxalq səviyyədə qeyd olunub. Bundan əlavə, Azərbaycanın möhtəşəm abidələri olan Qobustan Milli Tarix-Bədii Qoruğu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

***

140 ildən çox tarixi, böyük ənənələri olan Azərbaycan teatrı istər qanun bazasının təkmilləşdirilməsi, istər teatr binalarının abadlaşdırılması, istərsə də tamaşaçı maraqlarının qorunması baxımından irəliləyiş gücünü itirmir, əksinə, müasirlik prinsiplərini qoruyaraq tarixin bugünkü sınağından üzüağ çıxmağı bacarır. Dövlətin teatra olan qayğısının nəticələrindən danışarkən ilk növbədə teatrın qanunvericilik bazasının gücləndirilməsi ilə bağlı görülən işləri qeyd etməliyik. Belə ki, 29 dekabr 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi, dövlət başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamına uyğun olaraq 2009-cu il 18 may tarixli Sərəncamı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edilməsi Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, qlobal və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə yönəlib.

Bu gün respublikada 26 dövlət teatrı fəaliyyət göstərir. Dövlət proqramının icrasına uyğun olaraq bu illər ərzində teatrlarımız ümumilikdə 28 ölkədə qastrol səfərlərində olub. Bu illər ərzində xarici mütəxəssis və qurumlarla bir sıra müştərək teatr layihələri də həyata keçirilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ötən müddət ərzində teatr-konsert müəssisələrindən bir çoxu əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib.

Teatr sahəsinə olan diqqətin daha bir təzahürü kimi isə ölkəmizin başçısının müvafiq Sərəncama uyğun olaraq peşəkar milli teatrının yaranmasının 140 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib, teatr sənəti ilə məşğul olan alimlərin yazdığı onlarla dəyərli kitablar Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görüb.

***

Son 10 il ərzində musiqi sahəsində görülən işlər təkcə miqyasına görə deyil, əhatəliliyinə görə də təqdirəlayiq sayıla bilər. Ötən dövr ərzində bu sahədə keçirilən respublika və beynəlxalq əhəmiyyətli konsertlərin, festivalların, müsabiqələrin sayı 1500-dən çox olub, Azərbaycan musiqi mədəniyyəti üçün rəngarəng, irimiqyaslı, nüfuzlu layihələr, tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondunun silsilə tədbirləri, xarici ölkələrdə Azərbaycan mədəniyyəti günləri, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Rostropoviç Beynəlxalq Musiqi Festivalı, Bakı Caz Festivalı, görkəmli mədəniyyət xadimlərinin yubileyləri ölkəmizin getdikcə artan nüfuzu və potensialının mədəniyyət sahəsindəki təzahürüdür.

Hazırda Azərbaycan dünyanın musiqi mərkəzlərindən birinə çevrilib. 2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə yeni bir musiqi ənənəsinin təməli qoyuldu.

2014-cü ildə uzun fasilədən sonra Rusiya Akademik Böyük Teatrının səhnəsində görkəmli bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin bərpası böyük uğurla həyata keçirilib. Həmçinin TÜRKSOY-un təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildə Azərbaycan milli opera sənətinin şah əsəri olan “Koroğlu” operası beynəlxalq layihə əsasında tamaşaya qoyulub. Layihədə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan musiqiçiləri iştirak edib. “Koroğlu” tamaşası Bişkek, Almatı, Ankara, İstanbul və Bakıda göstərilib.

***

Mədəni sferanın son 10 ildəki inkişafı təsviri və dekorativ sənət sahələrindən də yan keçməyib, bu müddət ərzində Azərbaycan təsviri sənətinin tərəqqisi, dünyada təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində də bir çox məqsədyönlü işlər görülüb. Ötən on ildə keçirilən respublika və beynəlxalq əhəmiyyətli sərgilərin sayı 500-ü ötüb.

Bu illərdə Azərbaycan rəssamlarının əsərləri Almaniya, ABŞ, Rusiya, Türkiyə, İran, Fransa, İsveçrə, İtaliya, Niderland, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı, Koreya Respublikası, Ukrayna, Moldova, Özbəkistan, Braziliya, Çin, Avstriya, Portuqaliya və s. kimi ölkələrin ən nüfuzlu sərgi salonları, muzey və qalereyalarında nümayiş etdirilib.

Azərbaycan incəsənətinin tanınmış nümayəndələrinin yubiley sərgiləri yüksək səviyyədə keçirilib, sərgilərə aid nəfis tərtibatlı kataloq və kitablar çap edilib. Bununla yanaşı, Xalq Rəssamı Mikayıl Abdullayevin 80 illik yubileyi Moskvada Rusiya Rəssamlıq Akademiyasında, Xalq Rəssamı Hüseyn Əliyevin 100 illiyinə həsr olunmuş sərgi isə Monteneqronun Bar şəhərindəki Kral Nikolayın sarayında təşkil edilib.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamlarına əsasən, dahi rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyi UNESCO səviyyəsində qeyd edilib. SSRİ Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovun 2008-ci ilin noyabrında Bakıda, 2009-cu ilin yanvarında isə Moskvada 80 illik yubiley tədbirləri keçirilib.

***

Digər sahələrdə olduğu kimi, ötən 10 il ərzində muzey sahəsində də nailiyyətlər qazanılıb. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007-ci il tarixli və 22 may 2009-cu il tarixli sərəncamları ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın icrası ilə bağlı nazirlik, yerli mədəniyyət və turizm idarə və şöbələri tərəfindən Bakı şəhərində, eləcə də regionlarımızda muzeylərin müasir standartlara uyğun təmiri, onların maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülüb.

Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən, ulu öndərin dühasını əks etdirən Heydər Əliyev muzeyləri nazirliyin müvafiq əmrinə əsasən 2012-ci il fevralın 1-dən Heydər Əliyev Mərkəzləri adlandırılıb.

Bakıya yeni görkəm verən Azərbaycan Xalça Muzeyinin yeni binasının açılışı qədim xalça sənətinin inkişafında yeni bir mərhələnin əsasını qoydu. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 10 mindən çox eksponat və əşya saxlanılır.

***

Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması, dəstəklənməsi, təbliği və təşviqi istiqamətində aparılan əsaslı və hərtərəfli islahatlar uğurla davam etdirilir.

Azərbaycanın qeyri-maddi mədəni irsinin dəstəklənməsi işində müasir formaların tətbiq edilməsi məqsədilə nazirlik tərəfindən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı təsdiq edilib. Paytaxt seçilmiş şəhər və rayonlarda nominasiyaya uyğun olaraq təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslar, “dəyirmi masa”lar, konsertlər, müsabiqələr, festivallar, sərgilər, yarmarkalar və s. tədbirlər təşkil edilib.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhərində “Azərbaycan - doğma diyar” devizi altında keçirilmiş milli azlıqların incəsənəti festivalları respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Festivallarda Bakı şəhərində və respublikamızın 15-dək rayonunda fəaliyyət göstərən və Azərbaycanın, demək olar ki, bütün milli azlıq və etnik qruplarını təmsil edən 40-dan çox kollektiv iştirak edib.

***

Sevindirici haldır ki, son illər ölkəmizdə qədim tarixə malik atçılıq ənənələrinin bərpasına da xüsusi diqqət göstərilir. Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə 2006-cı ildə Şəki Atçılıq Turizm Mərkəzinin və 2007-ci ilin fevralında isə onun əsasında Respublika Atçılıq Turizm Mərkəzinin yaradılması nəinki çövkən və digər milli atüstü oyunlarının bərpasına, həmçinin 2013-cü ildə çövkən -Qarabağ atüstü oyun ənənəsinin UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə və Azərbaycanda atüstü oyunların inkişafına şərait yaradıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Respublika Atçılıq Turizm Mərkəzində hər ilin dekabrında Prezident Kuboku uğrunda çövkən milli oyunu və may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı keçirilir. Ötən 10 il ərzində tədbirlərdə iştirak edən komandaların sayı 3 dəfə artaraq 8-dən 24-ə çatıb.

***

Xüsusi önəm kəsb edən tarixi ərazilərin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə ötən müddət ərzində ölkə başçısının müvafiq sərəncamları ilə “Yanardağ”, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət və “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruqları elan edilib.

Bu sahədə qəbil edilmiş Dövlət proqramının müvəffəqiyyətlə həyata keçirilməsi məqsədilə dövlət başçısının müvafiq Fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.

***

Ölkəmizdə kinematoqrafiyanın istehsalat, texniki, informasiya, hüquqi və maddi bazasının möhkəmləndirilməsi, eləcə də maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş və kino tariximizdə ilk genişmiqyaslı sənəd olan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın müstəsna əhəmiyyəti var. Hazırda icrası davam edən həmin proqram çərçivəsində bir sıra iri layihələr, mühüm məqsədyönlü tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülmüş işlərin nəticəsi olaraq 2006-2015-ci illər ərzində 39 tammetrajlı bədii film çəkilib. Gənc istedadlı kinematoqrafçıları aşkar etmək məqsədilə 2006-2011-ci illərdə təşkil olunmuş “Bu meydan, bu ekran” müsabiqələri keçirilib. Bu layihə çərçivəsində yeni adlar kəşf olunub, müsabiqənin qaliblərinə film çəkmək etibar edilib. Müsabiqədə uğur qazanmış “Ev”, “Koramal”, “Mayak” və bir sıra başqa filmlər 30-a qədər ölkədə keçirilən 47 beynəlxalq kinofestivalın müsabiqələrinə qatılaraq mükafatlar qazanıb.

Vacib nailiyyətlərindən biri bədii kinoda debüt filmlərinin sayının xeyli artırılmasıdır. Belə ki, 64 rejissor özünün ilk tammetrajlı və ya qısametrajlı bədii filmlərini çəkib. Yaxın illərdə kino peşələri üzrə yüksəkixtisaslı kadrların çatışmazlığını nəzərə alaraq, bir sıra gənclər təhsil almaq üçün nazirlik tərəfindən Rusiya, Türkiyə, Kanada və İngiltərəyə göndərilib.

Ötən illər ərzində filmlərimiz beş qitəni əhatə edən 40-dan artıq ölkədə 100-dən çox festivalda nümayiş olunub.

 

***

Hazırda Mədəniyyət və Turizm Nazirliyinin kütləvi kitabxanalar şəbəkəsinə 3000-ə yaxın kitabxana daxildir. Respublikanın kitabxana fondlarında 40 milyona qədər kitab, jurnal, qəzet və digər informasiya daşıyıcıları mühafizə olunur. Kitabxana-informasiya sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə dövlət başçısı tərəfindən sərəncamlar imzalanıb və Dövlət proqramı təsdiq edilib. Bu sahədə görülən işlər kitabı oxuculara daha da yaxınlaşdırıb. Bütün şəhər və rayon mərkəzi kitabxanalarının internet saytları yaradılaraq oxucuların istifadəsinə verilib.

Ötən müddət ərzində Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində bir sıra layihələr gerçəkləşdirilib, dünyanın öncül kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanıb. Nazirliyin təklifi ilə xarici ölkələrin milli kitabxanalarında “Azərbaycan guşələri” təşkil olunub, insanların ölkəmiz haqqında hərtərəfli məlumat əldə etməsinə şərait yaradılıb.

***

Mədəniyyət və turizm sahələrinin davamlı inkişafı üçün əsas təminatlardan biri də təhsil sistemidir. Azərbaycanda turizm sahəsinin, habelə turizm təhsilinin sürətli inkişafını təmin etmək məqsədilə dövlət başçısının 2014-cü il 22 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yaradılıb. 2006-cı ildə Mingəçevir Turizm Kollecinin, 2011-ci ildə Bakı Turizm Peşə Məktəbinin yaradılması da bu sahədə mütəxəssis hazırlığına verilən önəmin göstəricisidir. Sevindirici haldır ki, bu gün artıq mədəniyyət sahəsində təhsil verən institutlar universitetlərə, məktəblər akademiyalara çevrilir. Belə ki, Bakı Xoreoqrafiya Məktəbi 85 il ərzində respublikada balet və xalq rəqsi sahəsində artist kadrları hazırlayan yeganə orta ixtisas təhsili müəssisəsi kimi fəaliyyət göstərmiş, ölkə başçısının müvafiq Sərəncamı ilə məktəbin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılıb.

Ötən 10 il ərzində dünyanın müxtəlif ölkələrlə mədəniyyət və turizm sahələrində ümumilikdə 70 beynəlxalq müqavilə imzalanıb. İkitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə ölkəmiz üçün əməkdaşlıq baxımından prioritet hesab olunan bir sıra ölkələr arasında Hökumətlərarası Komissiyalar yaradılıb.

***

Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Azərbaycan dövləti və şəxsən ölkə başçısı İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. “Bakı Prosesi” çərçivəsində ilk dəfə 2008-ci il dekabrın 2-3-də paytaxtımızda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransı keçirilib. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başlayıb. Həmin il sentyabrın 23-də BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Prezident İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edilib. Beləliklə, 2011-ci il aprelin 7-9-da Bakıda birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub.

“Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında 2013-cü il may 29-dan iyunun 1-dək ikinci və 2015-ci il mayın 18-19-da isə "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu gerçəkləşib.

 

***

Hər sahədə olduğu kimi, turizm sahəsində də müasir dövrün tələblərinə uyğun işlərin aparılması son illər dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə ölkəmizin başçısının müvafiq Sərəncamı ilə 2011-ci il Azərbaycanda “Turizm ili” elan edilib.

2005-ci ildə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 197 olduğu halda, bu gün onların sayı 285-i ötüb. 2005-ci ildən bu günə qədər ölkədəki mehmanxanaların sayı 262-dən 535-ə, yerləşdirmə vasitələrində yerlərin sayı isə 22 min 492-dən 35 min 652-yə çatıb.

Azərbaycanda turizmin davamlı inkişafı beynəlxalq reytinqlərdə də özünü doğruldub. Dünya İqtisadi Forumunun (DİF) 2013-2014-cü illər üzrə “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda ölkəmiz insan resursları, əmək bazarı, təhlükəsizlik və əmin-amanlıq göstəricilərinə görə 141 ölkə arasında 36-cı, biznes mühitinə görə 65-ci yeri tutub.

Qusarda “Şahdağ” Turizm Mərkəzi, Qəbələdə “Tufandağ” qış-yay turizm kompleksinin yaradılması ölkəmizdə turizmin mövsümiliyinin aradan qalxmasına səbəb olub. Azərbaycanda işgüzar (MİCE) turizmin inkişaf etdirilməsi məqsədilə dövlət və özəl sektorun partnyorluq modeli üzrə Azərbaycan Konqreslər Bürosu yaradılıb. Bununla yanaşı, turizm sahəsində əməkdaşlığın gücləndirilməsi, icma əsaslı yaşıl kənd və sağlamlıq turizminin inkişafının dəstəklənməsi məqsədilə Azərbaycan Turizm Assosiasiyası (AZTA), “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyi və “Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək” İctimai Birliyi təsis edilib.

“Şahdağ” Turizm Mərkəzinin tikilib istifadəyə verilmiş obyektlərinin idarə olunmasını təmin etmək məqsədilə dövlət başçısının Sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Mədəniyyət və Turizm Nazirliyi 2006-cı ildən etibarən 28 ölkədə keçirilən beynəlxalq turizm sərgilərində milli stendlərlə təmsil olunub. Son beş il ərzində sərgilərdə nazirliklə yanaşı, 40 yerli turizm şirkəti və 16 mehmanxana mütəmadi iştirak edib.

Nazirliyin sifarişi ilə “SİNAM” MMC tərəfindən yaradılmış “GoMap.az - Turizm məqsədli Coğrafi İnformasiya və Naviqasiya Sistemi” Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda bulud texnologiyaları əsasında yaradılmış ilk elektron xəritədir. Sistem Nazirlər Kabinetinin qərarına əsasən “Elektron xidmət növlərinin Siyahısı”na daxil edilib.

Ötən müddət ərzində xarici televiziyalarla daimi əməkdaşlığın nəticəsində ölkəmizin turizm imkanları dünyanın əksər ölkələrində yaşayan insanlara çatdırılıb. 2006-cı ildən etibarən Azərbaycanla bağlı reklam çarxları hazırlanaraq dünyanın aparıcı televiziya kanallarında yayımlanır. Ötən müddət ərzində Azərbaycan, türk, ingilis, rus, fransız, ərəb, alman, çin, Koreya, yapon dillərində 62 növ reklam-çap məhsulu hazırlanıb.

Nazirliyin mətbu orqanı olan “Mədəniyyət” qəzetinin əlavəsi kimi 2014-cü ilin aprel ayından Azərbaycan, ingilis və rus dillərində çap olunan “Baku Guide” bələdçi kataloqu da ölkəmizin turizm potensialının, mədəniyyətinin təbliği missiyasını layiqincə yerinə yetirməyə çalışır.

***

Ötən dövr ərzində dövlət başçısı tərəfindən orden, medal və fəxri adlarla təltif olunmuş 836 nəfər mədəniyyət və incəsənət xadiminə təltif və mükafatlar təqdim olunub. Bunlarla yanaşı, bu illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının qərarı ilə mədəniyyət və turizm sahəsində səmərəli xidmətlərinə görə 183 əməkdaş “Fəxri mədəniyyət işçisi” və 26 əməkdaş “Fəxri turizm işçisi” döş nişanları ilə təltif edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivi ərazisində qanunsuz hasarlar sökülüb

Yaponiyanın Baş naziri NATO-nun sammitində iştirak edəcək

“Dəmiryol nəqliyyatı haqqında Nizamnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DİN: Ölkə ərazisində qeydə alınan 26 cinayətin üstü açılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nda və 2023-cü il 25 may tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının və ərazisinin xüsusi rejiminin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Toqoda “France 24” telekanalına son xəbərdarlıq edilib

İyun ayında sərhəd rejimi qaydalarını pozan 851 nəfər saxlanılıb

Böyük şirkətlər 2027-ci ilin sonuna qədər QR kodlarının sənayeyə qlobal tətbiqini dəstəkləyib

ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni yardım paketi ayıracaq

Vinçentso Montella: Futbolçularım komanda ruhunu ortaya qoydular

Milli Prado Muzeyi "İspaniyada incəsənət və sosial dəyişikliklər (1885-1910)" adlı sərgini təqdim edir

Danimarkada xarici bayraqlardan istifadə məhdudlaşdırılır

Kral Çarlz Şotlandiyada səfərdədir

Gürcüstanda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq halları artıb

Çexiya Vışeqrad dördlüyündə sədrliyi təhvil verir

Türkiyə millisinin qapıçısı: Bizim üçün dua edən hər kəsə minnətdarıq

Ərdoğan: Azərbaycanın qələbəsi Türkiyənin vicdanından Boraltan ləkəsini sildi

Ağstafada 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri tapılıb- FOTO

Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik

Lənkəranda minik avtomobili velosipedçini vurub

Avro-2024: Türkiyə millisi 1/4 finala vəsiqə qazanıb YENİLƏNİB 5

İmişlidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 iyun tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

DİM: 13 min 484 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB VİDEO

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb