“MƏHƏMMƏD HƏSƏN HACINSKİ” MONOQRAFİYASI ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, kitabda M.F.Axundovun yaratdığı maarifçi-demokratiya məktəbinin layiqli nümayəndəsi, Azərbaycanda Cümhuriyyət hökuməti qurulduqdan sonra Fətəli Xan Xoyskinin yaratdığı ilk kabinetdə xarici işlər naziri, N.Yusifbəylinin hökumət kabinetində daxili işlər naziri vəzifələrində işləmiş Məhəmməd Həsən Hacınskinin faciəli həyat və fəaliyyəti öz əksini tapmışdır. Əsər tarixi sənədlərə obyektiv yanaşılması, fakt və dəlillərin yerbəyer edilərək bu tarixi şəxsiyyətin əsl kimliyinin tutarlı əsaslarla ortaya çıxarılması baxımından maraqlıdır.
Monoqrafiyanın müəllifi Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru Aydın Dadaşovdur.