Meksikada iki bandanın toqquşması nəticəsində azı doqquz nəfər ölüb
Bakı, 23 may, AZƏRTAC
Meksikanın qərbindəki Miçoakan ştatında yerləşən Uruapan bələdiyyəsində düşmənçilik edən iki qruplaşma arasında silahlı toqquşma nəticəsində azı doqquz nəfər həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, atışma bir saata yaxın davam edib. Hazırda polis toqquşmada iştirak edən cinayətkarları axtarır. Həbs olunanlar barədə hələlik məlumat verilmir.
Son illər Meksikada zorakılıq halları tüğyan edir. Ötən il ölkədə 33,3 mindən çox insan qətlə yetirilib, vəziyyət cari ildə də pisləşməyə doğru gedir. Rəsmi məlumata görə, yanvar - mart aylarında 8,73 min nəfər cinayətkarların qurbanına çevrilib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]