MƏKTƏBDƏ VALİDEYN ASSOSİASİYASI YARADILMIŞDIR
Assosiasiyanın yaradılmasından məqsəd valideyn-şagird-müəllim
münasibətlərini tənzimləmək və daha da inkişaf etdirmək, məktəb tədbirlərinə kəndin imkanlı şəxslərini, ziyalılarını, iş adamlarını cəlb etməkdir.
Məktəbdə bu yaxınlarda keçirilən yığıncaqda bir il ərzində əldə edilən nailiyyətlərdən, kimya-biologiya, fizika-riyaziyyat fənləri üzrə respublika miqyasında uğurlu nəticələr qazanılmasından danışılmış, əsaslı təmir-bərpa, qışa hazırlıq işlərində valideynlərin və əhalinin böyük köməyi vurğulanmışdır.
Təhsil Nazirliyi tərəfindən 2003-2004-cü dərs ilini “Təhsil sistemində müasir yanaşmanın təşəkkülü ili” elan edilməsi ilə əlaqədar təkcə Vəndamda yox, rayonun digər təhsil müəssisələrində də planauyğun iş aparılır, dəyirmi masalar, seminarlar keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]