Məleykə Abbaszadə: Dövlətin idarə edilməsinə daha savadlı və bacarıqlı şəxslər cəlb olunur
Bakı, 5 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin ölkəmizin davamlı inkişafına yönəlmiş daxili və xarici siyasət xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş konfransda söyləyib.
“Hazırda respublikamızda qara qızılı insan kapitalına çevirmək ideyası gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına yönəlmiş dövlət proqramları sayəsində müvəffəqiyyətlə həyata keçirilir və dövlətin idarə edilməsinə daha savadlı və bacarıqlı şəxslər cəlb olunur”, - deyə DİM-in Direktorlar Şurasının sədri qeyd edib.