Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mənzil İnşaatı Dövlət Agentliyinin ötənilki fəaliyyətinin hesabat iclası keçirilib

Mənzil İnşaatı Dövlət Agentliyinin ötənilki fəaliyyətinin hesabat iclası keçirilib

Bakı, 26 yanvar, AZƏRTAC

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ötən il ərzində fəaliyyətinin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş videokonfrans formatında iclası keçirilib.

MİDA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin idarə heyətinin sədri Sadiq Sadıqov 2020-ci ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzün bərpasının müstəqillik tariximizə qızıl hərflərlə yazılmış ən şərəfli səhifələrdən biri olduğunu deyib. O qeyd edib ki, Vətən müharibəsinin ilk günündən hər bir vətəndaşımız Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək Azərbaycan xalqının sarsılmaz milli birliyini və mübarizliyini dünyaya nümayiş etdirib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda əhəmiyyətli sosial-iqtisadi inkişaf təmin edilib, vətəndaşların maddi rifahı ildən-ilə yaxşılaşıb.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edən S.Sadıqov 2020-ci ilin agentliyin fəaliyyətində bir sıra əhəmiyyətli hadisələrlə yadda qaldığını vurğulayıb. Bildirilib ki, ötən ilin əvvəlində MİDA-nın ilk layihəsi - Yasamal Yaşayış Kompleksində mənzillərin satışı tam başa çatdırılıb və ümumilikdə 1633 ailə güzəştli mənzilə sahib olub. 2020-ci il martın 24-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə agentliyinin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksinin açılışı olub. Bu kompleksdə ilk yeddimərtəbəli binanın təməli 2017-ci il dekabrın 24-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Hövsan Yaşayış Kompleksində mənzillərin sayı 2962 ədəddir. Kompleksdə 1920 yerlik tam orta məktəb, hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, tibb mərkəzi inşa olunub. 2020-ci ildə Hövsan Yaşayış Kompleksində yerləşən mənzillərin 3 satışı həyata keçirilib. Vətəndaşlara təklif olunan mənzillərdən 813-nün rəsmiləşdirilməsi başa çatdırılıb. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilib.

Qeyd olunub ki, ötən il dövlətimizin başçısının 2020-ci il 7 may tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirilib və daha bir yeni kateqoriya əlavə olunub. Belə ki, “ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs” adlı mövcud kateqoriya genişləndirilərək “ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxsləri” əhatə edib. Bununla yanaşı, yeni “ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs” kateqoriyası da əlavə olunub. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana bilirlər.

İclasda vurğulanıb ki, 2020-ci ilin fevral ayında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində 6,23 hektar ərazidə 986 mənzildən ibarət yaşayış kompleksinin tikintisinə başlanılıb. Kompleksə 18 çoxmənzilli bina və 1176 yerlik yeni tam orta məktəb binası, 125 yerlik uşaq bağçası daxildir. Keçən il iyunun 24-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərində yaşayış kompleksinin tikintisi ilə tanış olublar. Bununla yanaşı, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradılmasına dair ölkəmizin başçısının tapşırıqlarına uyğun olaraq MİDA tərəfindən Yasamal rayonunda 15,4 hektar ərazidə 2202 mənzilin, cəmi 350 yerlik üç uşaq bağçasının, 1200 şagird yerlik orta təhsil məktəbinin, Sumqayıt şəhərində 0,75 hektar ərazidə 144 mənzilin tikintisi həyata keçirilir. MİDA-nın növbəti layihəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 hektar ərazidə reallaşdırılır. Eyni zamanda, regionlarda yaşayan vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə MİDA tərəfindən davamlı olaraq ölkənin digər şəhər və rayonlarında da torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. MİDA-nın sərəncamında olan mənzillərin əldə olunması üçün vətəndaşların müraciəti və mənzillərin seçimi “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin bu günə olan ümumi sayı isə 16 min 583 nəfərdir.

S.Sadıqov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” uyğun olaraq MİDA 2020-ci ildə növbəti dövlət sifarişinin reallaşdırılmasına başlayıb. Müvafiq qurumların müraciətlərinə əsasən, Hövsan Yaşayış Kompleksində 742 mənzil, Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 66 mənzil, Gəncə Yaşayış Kompleksində isə 153 mənzil olmaqla, ümumilikdə 961 mənzil hesabat ilində dövlət sifarişi əsasında ayrılıb. 2019-cu ildə ayrılmış 436 mənzili də nəzərə alsaq, ümumilikdə agentliyin layihələrindən 1397 mənzil dövlət sifarişi əsasında ayrılıb. Həmin mənzillərdən 987-nin rəsmiləşdirilməsi 2020-ci il ərzində tamamlanıb. Beləliklə, 2020-ci il ərzində “Güzəştli mənzil” sistemi vasitəsilə 898, dövlət sifarişi əsasında isə 987 olmaqla, ümumilikdə 1885 mənzil vətəndaşlara təqdim olunub.

Ötən il "Güzəştli mənzil" sisteminin beynəlxalq patentinin qeydiyyata alınması ilə əlaqədar işlər davam etdirilib. Bununla bağlı müraciət Ümümdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən qəbul edilib və təşkilatın rəsmi internet səhifəsində iddia ərizəsi, həmçinin beynəlxalq axtarışa dair hesabat və beynəlxalq axtarış üçün məsul qurumun ixtira barədə ilkin rəyi dərc olunub. Daha sonra Rusiya Federal Əqli Mülkiyyət Agentliyi (“Rospatent”) tərəfindən beynəlxalq axtarış ilə bağlı hesabat və ilkin rəy təqdim edilib. Hazırda Rusiya Federal Əqli Mülkiyyət Agentliyi tərəfindən patent kooperasiyası haqqında müqaviləyə uyğun olaraq, iddianın beynəlxalq ilkin ekspertizası davam etdirilir. 2020-ci ilin dekabrında nüfuzlu “Springer International Publishing” nəşriyyatı tərəfindən dərc olunan “İslam Dünyasında Sosial Siyasət” (“Social Policy in the Islamic World”) adlı kitabda Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilən uyğun qiymətə mənzil təminatı proqramına da yer verilib. Vətəndaşların mənzil təminatına əlçatanlığının gücləndirilməsi baxımdan təqdim edilən proqram çərçivəsində görülən işlər təsvir edilib. Kitabda aztəminatlı ailələrin mənzillərə əlçatanlığının genişləndirilməsi baxımdan MİDA-nın fəaliyyətinin çox uğurlu olduğu qeyd edilib. Azərbaycanda reallaşdırılan uyğun qiymətə mənzil təminatı layihəsinin islam ölkələri üçün bir model kimi təqdim olunması ölkə başçısının rəhbərliyi altında əldə edilmiş uğurların qlobal təqdimatı baxımından vacibdir.

Tədbirdə hesabat məruzələri ilə çıxış edən agentliyin digər vəzifəli şəxsləri də müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb