Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Bank uçot dərəcəsini endirib YENİLƏNİB

Mərkəzi Bank uçot dərəcəsini endirib YENİLƏNİB

Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib

Bakı, 31 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyəti uçot dərəcəsinin 25 baza bəndi azaldılaraq 7,5 faizdən 7,25 faizə endirilməsi haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75 faizlik diapazonda müəyyənləşdirilib (9 faiz və 5,5 faiz).

AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 31-də keçirdiyi mətbuat konfransında idarə heyətinin qərarını şərh edib.

O bildirib ki, faiz dəhlizi parametrlərinə dair növbəti qərarlar makroiqtisadi fundamentalların dinamikasından və inflyasiya risklərinin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcək.

İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri

E.Rüstəmov bildirib ki, idarə heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya tempi azalaraq hədəf diapazonunun aşağı həddinə yaxınlaşıb. Dekabrda inflyasiya gözlənildiyindən az olduğundan (0,5 faiz) illik inflyasiya tempi 2,4 faizə enib. Ümumi inflyasiyaya dinamika verən ərzaq məhsulları üzrə qiymətlərin illik artımı 4,2 faiz təşkil edib. Ərzaq inflyasiyasının hədəf diapazonunun mərkəzindən yuxarıda olması məcmu tələbin genişlənməsi ilə yanaşı, dünya ərzaq bazarında qiymətlərin artımından irəli gəlir. Dünya ərzaq qiymətləri indeksi son ayda 2,5 faiz, son 1 ildə isə 12,5 faiz artıb, o cümlədən, son 1 ildə ət məhsulları üzrə dünya qiymətləri 17,9 faiz, süd məhsulları üzrə 17 faiz, bitki yağları üzrə 31 faiz, şəkər üzrə 6 faiz yüksəlib.

Qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templəri müvafiq olaraq 1 faiz və 0,9 faiz təşkil edib. Qeyri-ərzaq malları üzrə inflyasiyanın aşağı səviyyəsi məcmu təklifin daxili istehsal hesabına artması, habelə bəzi tərəfdaş ölkələrdə milli valyutaların məzənnəsinin ucuzlaşması ilə izah edilir. İnzibati qiymətlərdə artımın olmaması xidmətlər üzrə aşağı templi bahalaşmanı şərtləndirən amillərdən biridir.

Diqqətə çatdırılıb ki, faktiki inflyasiyanın artıq 8 rüb davam edən aşağı səviyyəsi və valyuta bazarında tarazlıq inflyasiya gözləntilərinin stabil qalmasını şərtləndirir. Real sektorun monitorinqinə görə inflyasiya gözləntiləri cari ilin yanvarında əvvəlki aya nəzərən qeyri-neft sənayesində və tikintidə azalıb, ticarət sahəsində isə dəyişməyib.

Yenilənmiş proqnozlar göstərir ki, mövcud makroiqtisadi meyillərin davam etməsi halında 2020-ci ildə inflyasiya hədəf intervalında (4±2 faiz) qalacaq.

Monetar şərait

Mərkəzi Bankın sədri qeyd edib ki, 2019-cu ildə monetar şəraitin yumşalması həm pulun dəyərinin azaldılması, həm də pulun həcminin artması istiqamətində baş verib. Pul bazası 2019-cu ildəki 27,3 faizlik artımın ardınca, 2020-ci ilin yanvar ayının ötən dövründə 4,5 faiz azalıb ki, bu da əsasən vahid xəzinə hesabının qalığının dəyişimi ilə bağlı olub.

Monetar şəraitin yumşalması tədricən kredit qoyuluşlarının həcminin artması, kreditlərin müddətinin uzanması və yeni kreditlər üzrə orta faizlərin azalmasına transmissiya olunmaqdadır. Dövlət qiymətli kağızları və Mərkəzi Bankın notları üzrə faiz gəlirliliyinin aşağı düşməsi də müşahidə olunur.

İqtisadi aktivlik

Məcmu tələbin, xüsusən də istehlakın genişlənməsi fonunda iqtisadi artımın müsbət dinamikasının davam etdiyini deyən E.Rüstəmov vurğulayıb ki, rəsmi statistikaya görə, 2019-cu ildə real iqtisadi artım 2,2 faiz təşkil edib. İqtisadi artım qeyri-neft sektorunda 3,5 faiz olub ki, bu da əsasən ticari sektordan qaynaqlanıb. Belə ki, ticari sektorda artım 10,5 faiz, qeyri-ticari sektorda isə 2,2 faiz olub.

Real sektor monitorinqinin nəticələrinə əsasən, biznes inam indeksi cari ilin yanvarında ötən ayla müqayisədə qeyri-neft sənayesində və ticarət sektorunda artım, tikinti sektorunda sabit səviyyədə qalıb.

Beynəlxalq konyunktur Azərbaycan üçün əlverişli olaraq qalır. Neftin 1 barrelinin orta qiyməti 2019-cu ildə 64,2 dollar, 2020-ci ilin yanvarında 63,7 dollar təşkil edib. 2019-cu ildə qeyri-neft ixracı 15,7 faiz artaraq monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artımını (6,6 faiz) 2 dəfədən çox üstələyib.

Ölkənin strateji valyuta ehtiyatları 2019-cu ildəki 14 faizlik artımın ardınca, 2020-ci ilin yanvar ayının ötən dövründə 1,9 faiz (986 milyon dollar) artaraq 52 milyard dolları ötüb.

İnflyasiya riskləri

Mərkəzi Bankın sədri deyib ki, qısamüddətli horizontda inflyasiya riskləri balansında sabitləşdirici amillər üstünlüyünü qorumaqdadır. Bu, əsasən əlverişli beynəlxalq konyunktur və qeyri-neft ixracının genişlənməsinin valyuta bazarına və gözləntilərə təsirləri ilə bağlıdır. Lakin digər tərəfdən dövlət büdcəsinin cari xərclərinin və pul kütləsinin əhəmiyyətli artması, habelə dünya ərzaq qiymətlərinin yüksəlməsi müəyyən zaman intervalı ilə qiymətlərə təsir göstərə bilər. Qlobal iqtisadi aktivlikdəki səngimə ilə bağlı beynəlxalq əmtəə və maliyyə bazarlarındakı dəyişkənlik daxili makroiqtisadi vəziyyətə təsir potensialını saxlayır. Son vaxtlar koronavirusun təsiri ilə dünyanın ikinci böyük iqtisadiyyatında iqtisadi artımın zəifləməsi ehtimalı dünya əmtəə bazarlarında dəyişkənlik risklərini artırır.

Azərbaycan Mərkəzi Bankı növbəti pul siyasəti qərarlarını qəbul edərkən monetar şəraitin makroiqtisadi təsirlərini, maliyyə-pul bazarlarının müxtəlif seqmentlərində faizlərin dinamikasını, faktiki və proqnozlaşdırılmış inflyasiyanın səviyyəsini nəzərə alacaq.

Bu qərar yanvarın 31-dən qüvvəyə minir. Mərkəzi Bankın idarə heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat martın 19-da ictimaiyyətə açıqlanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb