Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,75 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, yuxarı həddi isə 9,25 faiz səviyyəsində dəyişməz saxlanılıb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, əsas ixrac qiymətlərinin artdığı şəraitdə tədiyə balansının cari əməliyyatlar hesabında profisit əhəmiyyətli artmaqdadır. 2022-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 22,5 faizi həcmində profisit qeydə alınıb. Proqnozlara görə, cari ilin sonuna cari hesablar balasında irihəcmli profisit olacağı gözlənilir. Bu, valyuta bazarında tarazlığı və qiymət sabitliyinin əsas lövbərini gücləndirir. Nominal effektiv məzənnənin möhkəmlənməsi idxal inflyasiyasını azaldır. Əvvəlki toplantılarda Mərkəzi Bankın pul siyasətinin sərtləşməsi ilə bağlı qərarlarının da inflyasiyaya məhdudlaşdırıcı təsirləri davam edir. Qiymətləndirmələrə görə, artmaqda olan inflyasiya əsasən ticarət tərəfdaşı olan ölkələrdə yüksək qiymət artımlarından təsirlənir. Xarici sektor göstəricilərində pozitiv meyilləri və inflyasiya təzyiqlərinin əsasən idxal mənşəli olduğunu nəzərə alaraq faiz dəhlizinin parametrləri dəyişməz saxlanılıb, cari ilin sonuna pul kütləsinin tənzimləməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.

İnflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə isə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir. Mərkəzi Bank qlobal və ölkə iqtisadiyyatında, maliyyə bazarlarında baş verən proseslərin davamlı monitorinqini, həmçinin inflyasiyanın struktur və amillər üzrə təhlillərini aparır. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnoza uyğunluğu, xarici və daxili inflyasiya risklərinin reallaşması dərəcəsi nəzərə alınmaqla qəbul ediləcək.

Xarici sektor. Xarici sektor göstəricilərinin yaxşılaşması valyuta bazarının cari və ortamüddətli dövr üzrə tarazlığını dəstəkləyir. Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti üzrə proqnoz yüksəldilmə istiqamətində təshih edilib. Bu təshih ilin ötən dövründə xarici sektor göstəricilərinin dinamikası, habelə əsas ixrac məhsullarının faktiki və proqnozlaşdırılan qiyməti nəzərə alınmaqla aparılıb. Belə ki, I rübdə cari əməliyyatlar balansında ÜDM-in 22,5 faizi həcmində profisit qeydə alınıb. “Brent” markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 105 ABŞ dolları təşkil edib. Beynəlxalq təşkilatların proqnozlarına görə, ilin sonunadək neftin qiyməti 100 ABŞ dollarını üstələyəcək. Təbii qazın ixracının tədiyə balansına müsbət təsiri də güclənməkdədir. Eyni zamanda, qeyri-neft ixracı yüksək artım tempini qoruyur. Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. 2022-ci ilin 5 ayında strateji valyuta ehtiyatları 1,9 faiz artaraq 54,2 milyard ABŞ dollarına yüksəlib.

Xarici sektor göstəricilərinin yaxşılaşması və bunun gözləntilərə təsiri valyuta bazarında da özünü göstərir. Pul siyasətinə həsr olunmuş son iclasdan bəri Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin əhəmiyyətli azalması müşahidə edilir. Belə ki, mayda hərraclara çıxarılan ümumi valyuta təklifi 560 milyon ABŞ dollar, tələb isə 288 milyon ABŞ dolları olub. May ayında nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışı üstələyib.

İqtisadi fəallıq. Ölkədə iqtisadi fəallıq gözləntiləri üstələyir, məşğulluq yüksəlir. 2022-ci ilin yanvar-may aylarında ümumi daxili məhsul real ifadədə 7,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 11 faiz artıb. Qeyri-neft sektorunun ticari sahələrində daha yüksək artım müşahidə edilir. Bununla belə son aylarda qeyri-ticari sahələrdə də artım tempi yüksəlməkdədir. İqtisadi artımı həm daxili, həm də xarici tələb dəstəkləyir. 2022-ci ilin yanvar-may aylarında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3,1 faiz, qeyri-neft investisiyalarının həcmi isə 14,6 faiz artıb. Qeyri-neft ixracı isə 5 ayda ötən ilin müvafiq dövrünə nəzərən 30,9 faiz bahalaşıb.

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə qeyri-neft sənayesi, ticarət və xidmət sektorlarında biznes inam indeksinin yüksəlməsi may ayında da davam edib. Mayda qeyri-neft sənayesi üzrə icraya qəbul edilmiş sifarişlər və istehsal gözləntiləri, ticarətdə faktiki satışlar və xidmətdə faktiki tələb əvvəlki aya nəzərən yüksəlib. Orta və kiçik biznesdə istehsal güclərindən istifadə səviyyəsi yüksəlir.

İnflyasiya prosesləri. Pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempi bir qədər yüksəlib. Rəsmi statistikaya görə, 2022-ci ilin may ayında inflyasiya 0,7 faiz olub, ötən ilin eyni ayına nəzərən isə qiymətlərin ümumi səviyyəsi 13,7 faiz artıb. Mayda ötən ilin eyni ayına nəzərən ərzaq qiymətləri 20,2 faiz artıb, qeyri-ərzaq məhsulları 7,1 faiz, xidmətlər isə 10,3 faiz bahalaşıb. İllik baza inflyasiyası may ayında 10 faiz təşkil edib. İnflyasiyanın xarici fonu ümumilikdə əlverişsiz olaraq qalır. Dünya birjalarında əmtəələrin bahalaşmasında səngimə müşahidə edilsə də, qiymətlər tarixi maksimumlara yaxın səviyyədədir. Dünya Bankının məlumatına görə, son 2 ayda (aprel-may ayları) dünya əmtəə qiymətləri enerji məhsulları üzrə 1,4 faiz, qeyri-enerji məhsulları üzrə isə 9,4 faiz azalıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə, dünya ərzaq qiymətləri son 2 ayda 1,5 faiz azalıb. Bu azalma əsasən yağların və süd məhsullarının ucuzlaşması hesabına baş verib. Un məmulatları və ətin qiyməti isə artmaqda davam edir. Gərgin geosiyasi vəziyyət qlobal xammal qiymətlərinin, xüsusilə enerji və ərzaq qiymətlərinin uzun müddət yüksək qalacağı gözləntisini gücləndirir.

Ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi prosesi davam edir ki, bu da Azərbaycanda istehlak qiymətlərinə həm birbaşa, həm də dolayı təsir göstərir. Dolayı təsir istehsalçı qiymətləri vasitəsilə baş verir. Belə ki, apreldə illik əsasda kənd təsərrüfatı istehsalçı qiymətləri 16,3 faiz, qeyri-neft sənaye istehsalçı qiymətləri indeksi isə 20,1 faiz yüksəlib. Mərkəzi Bank tərəfindən real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə, may ayında inflyasiya gözləntiləri əvvəlki ayla müqayisədə qeyri-neft sənayesi, ticarət və xidmət sektorlarında yüksəlib, tikintidə isə azalıb.

Ötən iclasdan bəri inflyasiya proqnozunda əhəmiyyətli dəyişiklik edilməyib. Cari ilin sonuna məcmu tələbin genişlənməsi ilə gözləntilər proqnozlaşdırılan inflyasiyaya artırıcı təsir edir. Lakin digər tərəfdən monetar şərait, xüsusən də manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi proqnozlaşdırılan inflyasiyanı azaldır. Ümumilikdə yenilənmiş proqnozlara görə inflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağı gözlənilir. Ortamüddətli perspektivdə inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozu dəyişməz qalır.

Monetar şərait. Monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdə davam edir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi həm faktiki, həm də proqnozlaşdırılan inflyasiyanın dekompozisiyasında başlıca azaldıcı monetar amil kimi çıxış edir.

Profisitli dövlət büdcəsi və Mərkəzi Bank tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi şəraitində manatla pul bazası 2022-ci ilin ötən dövründə 5,5 faiz azalıb. İnflyasiya təzyiqlərinin artdığı şəraitdə izafi likvidliyin əlavə sterlizasiyası məqsədilə məcburi ehtiyat normalarından daha aktiv istifadə edilməsi də nəzərdə tutulur. Mərkəzi Bankın 2022-ci il 6 iyun tarixli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”na edilən dəyişikliklərin qüvvəyə minməsi məcburi ehtiyatlara dair çevik qərarların qəbuluna şərait yaradır. Qiymətləndirmələrə görə, məcburi ehtiyatların milli valyutada depozitlər üzrə 4 faizə, xarici valyutada depozitlər üzrə isə 5 faizə qaldırılması bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0,044 faiz artırıcı təsir göstərir. Bank sisteminin likvidlik mövqeyində struktur profisitinin azalması milli valyutada risksiz alətlər bazarındakı faizlərin artımı ilə müşayiət olunur. Kredit qoyuluşlarının artım tempi yüksəlməkdədir. 2022-ci ilin may ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları ilin əvvəlinə nəzərən 8,5 faiz, ötən ilin eyni ayına nəzərən isə 23,3 faiz artıb. Ev təsərrüfatların verilən kreditlərin artım tempi ümumilikdə kredit qoyuluşlarının artım tempini üstələyir.

Risklər balansı. İnflyasiyanın risk balansı əsasən dünyadakı geosiyasi vəziyyət fonunda yaranan qeyri-müəyyənliklərin təsiri altında formalaşır. Qlobal iqtisadi bərpanın zəifləməsi riski qlobal staqflyasiya riski ilə əvəzlənib. Bu şəraitdə ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya təzyiqlərinin artması və təchizat zəncirindəki problemlər səbəbindən Azərbaycana inflyasiya idxalının daha da güclənməsi başlıca xarici riskdir. Dünya əmtəə qiymətlərinin yüksəlməsilə yanaşı inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə kapital axınlarının güclənməsi də tərəfdaşlarda maliyyə bazarlarının vəziyyətinə və qiymət artımlarına təsir edə bilər. Məcmu tələbin gözləniləndən daha sürətlə yüksəlməsi başlıca daxili riskdir. Profisitli tədiyə balansı valyuta bazarında təklifin genişlənməsinə şərait yaratmaqla məzənnənin inflyasiya idxalını məhdudlaşdırmaq potensialını gücləndirir. Eyni zamanda, pul siyasəti qərarları qısa və orta müddətli perspektivdə inflyasiyaya azaldıcı təsir edəcək.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın risk balansı və yenilənmiş proqnozlar nəzərə alınmaqla qəbul olunacaq.

Bu qərar iyunun 17-dən qüvvəyə minir. Pul siyasəti qərarına dair növbəti açıqlama 2022-ci il iyulun 29-da veriləcək və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib