Mərkəzi Bankın 3,5 milyard manatlıq notları dövlət qeydiyyatına alınıb
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumatlara görə, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə Mərkəzi Bankın 3 milyard 570 milyon manat dəyərində notları, 452,7 milyon manat dəyərində korporativ istiqrazları, 288,8 milyon manat dəyərində səhmlər dövlət qeydiyyatına alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 3 milyard 494,7 milyon manatlıq notları, 929,2 milyon manatlıq dövlət istiqrazları, 431,4 milyon manatlıq korporativ istiqrazları və 175 milyon manatlıq səhmlər yerləşdirilib. 2022-ci ilin ilk doqquz ayında nominal dəyəri 470 milyon manat olan dövlət istiqrazları, 325,7 milyon manatlıq korporativ istiqrazları, 111,5 milyon manatlıq səhmlər və Mərkəzi Bankın 14,2 milyon manatlıq notları tədavüldə olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]