Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac baş tutub
Bakı, 25 noyabr, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2039024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 96,8366 (7 faiz) manat və 98,1226 (4,1 faiz) manat olan 11 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37 milyon 854 min 600 manat olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,0784 (4,2 faiz) və orta ölçülmüş qiyməti 98,1115 (4,12 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manatdır. Notlar 2023-cü il mayın 11-də ödəniləcək.
Həmin gün Mərkəzi Bankın AZ2040024708 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərracı baş tutub. Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 95,3288 (7 faiz) manat və 96,9659 (4,47 faiz) manat olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 49 milyon 133 min 600 manat olub. Notların kəsmə qiyməti 96,8805 (4,6 faiz) manat və orta ölçülmüş qiyməti 96,8999 (4,57 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manatdır. Notlar gələn il martın 3-də ödəniləcək. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər.