Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın AZ2014024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 98.9609 manat (4.5 faiz) və 99.0753 manat (4 faiz) olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 60 milyon 161 min 600 manat olub. Notların kəsmə qiyməti 98.9838 manat (4.4 faiz) və orta ölçülmüş qiyməti 99.0046 manat (4.31 faiz) olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar 2023-cü il yanvarın 4-də ödəniləcək. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər.
Həmçinin bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2013024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərracı baş tutub. Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 99.6899 manat (4 faiz) və 99.744 manat (3.3 faiz) olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 53 milyon 516 min 600 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.6899 manat (4 faiz) və orta ölçülmüş qiyməti 99.7067 manat (3.78 faiz) olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat olub. Notlar noyabrın 9-da ödəniləcək. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər.