Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2024024708 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 95.9652 (6.01 faiz) manat və 96.8936 (4.58 faiz) manat olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 63 milyon 841 min 800 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 96.8477 (4.65 faiz) manat və orta ölçülmüş qiyməti 96.8601 (4.63 faiz) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar gələn il iyulun 6-da ödəniləcək.
Eyni zamanda, Bakı Fond Birjasında AMB-nin AZ2023024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün notlarının yerləşdirilməsi üzrə hərrac da keçirilib. Hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 97.2762 (6 faiz) manat və 98.0558 (4.25 faiz) manat olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64 milyon 842 min 400 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.0104 (4.35 faiz) və orta ölçülmüş qiyməti 98.0256 (4.32 faiz) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar gələn il aprelin 13-də ödəniləcək. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər.