Mərkəzi Baytarlıq Laboratoriyası səriştəlilik sınaqlarında uğurlu nəticə əldə edib


Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyası və laboratoriyanın Qax, Quba, Sabirabad və Bərdə regional bölmələri beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səriştəlilik sınaqları Böyük Britaniyanın VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən qan serumu və süd nümunələrində bruselyoz xəstəliyinin ELİSA müayinə metodu ilə təyini üzrə aparılıb.
Sınaqlarda əldə olunan müsbət nəticələr laboratoriyaların yüksək peşəkarlıq və elmi keyfiyyətə malik olduğunu bir daha təsdiqləyir.
Qeyd edək ki, AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2025 [15:37]
Türk dövlətlərinin ali seçki qurumları arasında əməkdaşlıq genişlənir
- 14.05.2025 [14:43]
Yeni Hərbi prokuror kollektivə təqdim edilib
- 14.05.2025 [14:31]
FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqləri keçirib
- 14.05.2025 [13:03]