Mərkəzi Elmi Kitabxanada növbəti könüllülük hərəkatına start verilib
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) könüllü namizədlərlə görüş keçirilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, görüşdə kitabxananın direktoru Hüseyn Hüseynov dövlət gənclər siyasətindən danışıb və MEK-in fəaliyyət istiqamətləri haqqında məlumat verib. Qeyd edib ki, AMEA-da ilk olaraq Mərkəzi Elmi Kitabxanada fəaliyyətə başlayan könüllülük hərəkatı gənclərin fərdi inkişafına, məsuliyyətli bir vətəndaş və gələcək peşəkar kadr kimi formalaşmasına təsir edir. Budəfəki müsabiqəyə qoşulanların sayında artım müşahidə olunduğunu vurğulayan direktor gənclərin MEK-ə marağını yüksək qiymətləndirib.
Daha sonra MEK-in elmi katibi, “MEK könüllüləri”nə məsul şəxs Şəbnəm Rüstəmova müsabiqənin şərtləri, eləcə də gələcək üç ay ərzindəki fəaliyyətləri haqqında onları ətraflı məlumatlandırıb. Elmi katib son mərhələdə onlardan xüsusi keyfiyyətlərə malik 20 nəfər gəncin seçiləcəyini, öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən sertifikatlar veriləcəyini, aktivliyi ilə seçilənlərə isə xasiyyətnamələrin təqdim olunacağını bildirib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, kitabxana ilə tanışlıq olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]