CƏMİYYƏT
Mərkəzi Klinika Ramazan ayı münasibəti ilə aksiya keçirir
![Mərkəzi Klinika Ramazan ayı münasibəti ilə aksiya keçirir](/files/2014/2/1200x630/14087124996278961980_1200x630.jpg)
Bakı, 24 iyul (AZƏRTAC). Mərkəzi Klinika Ramazan ayı münasibəti ilə “Açıq qapı” aksiyasına keçirir.
Klinikadan AZƏRTAC-a bildirilib ki, aksiya həftənin şənbə günləri - avqustun 2-də, 9-da və 30-da saat 12:00-dan - 17:00-dək keçiriləcək.
Aksiya zamanı müxtəlif ixtisaslı həkimlərin konsultasiyası pulsuz olacaq. Konsultasiyaya arterial təzyiqin ölçülməsi, bədən kütlə indeksinin hesablanması, xəstədən şikayətləri haqqında məlumatın alınması, nəsildə olan irsi xəstəliklərin və zərərli vərdişlərin mövcudluğunun aşkarlanması, müraciət edilən həkimin ixtisasına əsasən hər hansı bir nahiyənin detalla yoxlanılması, ilkin diaqnozun qoyulması və s. daxildir.
Eyni zamanda, həkimlər aparılan müayinələrin nəticələrinə əsasən xəstəyə diaqnoz qoyacaq və müvafiq müalicə kursu təyin edəcəklər.
Konsultasiya sonrası təyin edilən laborator xidmətlərə 20 faiz, diaqnostik müayinələrə 30 faizə qədər, cərrahi müalicəyə 10-15 faiz güzəşt olunacaqdır.
Aksiya Mərkəzi Klinika Ambulatoriyada (Zərifə Əliyeva küç, 5) keçiriləcəkdir.