SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
İyulun 18-də Məzahir Pənahovun sədrliyi ilə Azərbaycan Respublikasının Mərkəzi Referendum Komissiyasının səlahiyyətlərini yerinə yetirən Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
Komissiya Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 16 saylı Sabunçu-Suraxanı dairə seçki komissiyasının üzvü S.Səfərovanın, 23 saylı Binəqədi-Qaradağ dairə seçki komissiyasının üzvü Ə.Namazovun, 54 saylı Balakən dairə seçki komissiyasının üzvü R.Seyidovanın, 67 saylı Zərdab-İmişli dairə seçki komissiyasının üzvü İ.Əhmədovun komissiya üzvlüyündən azad edilmələri və onların yerinə A.Rəhmanovun 16 saylı Sabunçu-Suraxanı, M.Mirzəyevin 23 saylı Binəqədi-Qaradağ, Ş.Tütünçüyevanın 54 saylı Balakən, Z.Xəlilovun 67 saylı Zərdab-İmişli dairə seçki komissiyasının üzvü təyin olunması haqqında qərar çıxarmışdır.
İclasda həmçinin Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 8 saylı Yasamal-Nəsimi dairə seçki komissiyasının üzvü Y.Hacıyevanın, 45 saylı Tərtər-Kəlbəcər dairə seçki komissiyasının üzvü K.Məmmədovun, 75 saylı Göyçay dairə seçki komissiyasının üzvü A.Sadıqovun, 82 saylı Sabirabad dairə seçki komissiyasının üzvləri V.Babayevin və E.Ağayevin, 91 saylı Xanlar-Daşkəsən dairə seçki komissiyasının üzvü A.Zalovun, 95 saylı Cəbrayıl-Füzuli dairə seçki komissiyasının üzvləri M.Süleymanovun və A.Məmmədovun komissiyanın üzvlüyündən azad edilmələri qərara alınmışdır. Müvafiq olaraq G.Səfərovanın 8 saylı Yasamal-Nəsimi, T.Məmmədovun 45 saylı Tərtər-Kəlbəcər, S.Sultanovun 75 saylı Göyçay, N.Qasımovun və M.Nuriyevin 82 saylı Sabirabad, A.Kazımovun 91 saylı Xanlar-Daşkəsən, S.Süleymanovun və N.Piriyevin 95 saylı Cəbrayıl-Füzuli dairə seçki komissiyasının üzvü təyin edilmələri barədə qərar qəbul olunmuşdur.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 78 saylı Masallı kənd - Lənkəran dairə seçki komissiyasının üzvü Ə.Hüseynovun komissiya üzvlüyündən azad edilməsi qərara alınmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasinın
mətbuat xidməti