Metroda narkomaniyaya qarşı mübarizəyə dair məlumatlandırıcı videoçarx nümayiş etdirilir
Bakı, 29 iyun, AZƏRTAC
İctimai maarifləndirmə tədbirlərinin əhatə dairəsini genişləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə aidiyyəti qurumun birgə əməkdaşlığı çərçivəsində Bakı Metropoliteninin stansiyalarında yerləşdirilmiş monitorlarda narkomaniyaya qarşı mübarizə və "802 Qaynar xətt" xidmətinin fəaliyyəti barədə məlumatlandırıcı videoçarx nümayiş etdirilir.
Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, gənclərin narkotik vasitələrin və psixotrop maddələrin zərərləri barədə məlumatlandırmaq, narkomaniyaya qarşı cəmiyyətin fəallığını gücləndirmək məqsədilə hazırlanan sosial çarxda Dövlət Komissiyasının "802 Qaynar xətt" xidməti barədə ətraflı məlumat verilir.
Qeyd olunan sosial çarxın metrostansiyalarda uzunmüddətli yayımlanması nəzərdə tutulur.