“Mezzo” elmi publisistik informasiya jurnalının yeni nömrəsi işıq üzü görüb
Bakı, 30 yanvar, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” elmi publisistik informasiya jurnalının 19/20-ci nömrəsi çapdan çıxıb.
BMA-dan AZƏRTAC-a bildirilib ki, baş redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov olan jurnalın bu nömrəsində bir-birindən maraqlı məqalələr, xəbərlər öz əksini tapıb.
Nəşrin yeni nömrəsində dünya şöhrətli bəstəkar Arif Məlikovun 85 illik yubileyinə həsr olunmuş konsert və müsabiqə, Üzeyir Hacıbəyli adına X Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən silsilə tədbirlər, ulu öndər Heydər Əliyevə həsr edilmiş anım tədbiri, Azərbaycan Müəllimlərinin XV Qurultayı və Azərbaycan Tələbələrinin II Qurultayı, X Qəbələ Beynəlxalq Musiqi Festivalı, beynəlxalq konfranslar, akademiyanın müəllim və tələbələrinin uğurları, bir çox yerli və beynəlxalq layihələr, Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin doğum günü münasibətilə təşkil olunmuş konsert, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbir, Xalq artisti, professor Ülviyyə Hacıbəyovanın solo konserti, Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (İSME) 33-cü Ümumdünya Konfransı, BMA-nın qonaqları, görkəmli bəstəkar və ifaçıların yubiley gecələri, ustad dərsləri, tələbə və məzunların konsertləri və bir çox məqalələr yer alıb.
Hər buraxılışında musiqisevərləri öz ətrafına cəmləyən jurnalın bu nömrəsində də, məzmun etibarilə mühüm məqalələr oxuculara təqdim olunub. Jurnalın elektron variantı ilə bu linkdən - https://issuu.com/vugarhumbatov tanış ola bilərsiniz.